Azərbaycan hər zaman qətiyyətli mövqeyini ortaya qoyub

82

 

 

“Ermənistanın Fransa ilə birləşərək Rusiya tərəfindən reallaşdırılan Moskva platformasına əks çıxaraq, ümumillikdə danışıqlar prosesini iflic vəziyyətə saldıqdan sonra sülh və təhlükəsizlik tədbirləri görülməsi yolunda atılan addımlara qarşı növbəti prosesi reallaşdırırlar”- bu sözləri Siyasi və Hüquqi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Elchi.az saytına açıqlamasında deyib.

O həmçinin vurğulayıb:”2022-ci ildə Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk zirvə toplantısında Prezident İlham Əliyevin də iştirakı ilə dörd tərəfli görüş keçirildi. Həmin görüşdə Brüssel platformasından fərqli olaraq həm də, Avropa İttifaqı prezidenti Şarl Mişel, Ermənistanın baş nazirindən savayı həm də Fransa prezidenti Emanuel Makaron iştirak edirdi.Təbii ki, bu da ATƏT-in Minsk qrupunun iflasa uğramasından sonra Azərbaycan tərəfinin Fransanın regionda yenidən sülh danışıqları prosesinə vasitəçilik etməklə bağlı təşəbbüslərini Azərbaycan tərəfi dəyıərləndirdikdən sonra dörd tərəfli görüşlər keçirməyə başlandı. Amma ən son qeyd etdiyim ki, Brüssel şəhərində Azərbaycan ərazilərinə də silahlı qüvvələrin yerləşdirilməsi prosesini ortaya qoyuldu. Amma prezident İlham Əliyev bu məsələdə Azərbaycanın mövqeyini buna qarşı olması ilə bağlı qətiyyətini bildirdi. Təbii ki, bundan sonra həmin o qüvvələr Azərbaycan ərazisinə deyil, Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlı razılığa gəldilər. Lakin onların nə işlərlə məşğul olduğu barədə heç bir informasiyanı verməyiblər”.

Havar Şəfiyeva