"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Azərbaycan dövlət suverenliyini bərpa edib”

25 Sentyabr 2023 - 17:55
in MANŞET
FacebookVatsap

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi.az” saytına müsahibə verib.

Bunu da oxuyun

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Elchi.az həmin müsahibəni təqdim edirik.

– Qüdrət bəy, 19-20 sentyabr tarixində Qarabağda keçirilmiş antiterror tədbirindən sonra yaranmış vəziyyət barədə fikirlərinizi bilmək istərdik…

– Xalqımız son iki yüz ildə öz tarixinin ən uğurlu dövrlərindən birini yaşayır. Prezident 2023-cü ili Heydər Əliyev ili elan edəndə söyləmişdim ki, onun xatirəsinə ən böyük töhfə Qarabağ üzərində suverenliyimizin bərpası ola bilər. Çox şadam ki, bu baş verdi, təkcə Heydər Əliyevin yox, xalqımızın dünyasını dəyişmiş böyük oğullarının hamısının, şəhidlərimizin ruhu şad oldu. Buna görə Ali Baş Komandana , Azərbaycan Silahlı Qüvvələrinə, Qələbəyə kömək etmiş hər kəsə minnətdarıq. Dünyada vicdanlı, beynəlxalq hüquqa hörmət edən hər kəs başa düşür ki, Azərbyacan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır və buna hörmətlə yanaşır. Təəssüf ki, Qərbin bəzi siyasi liderləri və mediası baş verənlər barədə öz açıqlamaları və şərhləri ilə həmin coğrafiyada islamafobiyanın nə qədər güclü olduğunu nümayiş etdirirlər. Bizə nifrət onlara imkan vermir ki, öz açıqlamaları ilə özlərini necə ifşa etdiklərini başa düşsünlər. Məsələn , Rusiyanı ittiham edirlər ki, o , Ukraynada seperatizmi dəstəkləyir, eyni canfışanlıqla bu dəfə Rusiyanı ona görə tənqid edirlər ki, Qarabağdakı seperatçı silahlı dəstələrin tərksilah olunmasına niyə imkan verib. Onların əsl sifətini xalqımız bir daha görür. Onu da qeyd edim ki, əleyhimizə nə qədər danışsalar da bizimlə əməkdaşlığa məhkumdurlar. Daxilimizdə isə Qərbin “pet”ləri (türkcə – sevimlililəri) qələbəmizə sevinmək əvəzinə kədərə batıblar, Azərbaycanı Rusiyanın “tapşırığı” ilə hərəkət etməkdə suçlayırlar. Bu nadanlar qanmırlar ki, əgər onların dedikləri kimidirsə , kaş ki, onların sahibləri də Azərbaycana – get torpaqlarını azad et , deyərdi. Bu gün Rusiya rəsmilərinin Ermənistanın daxilində gərginlik yaratmağa hesablanan keçmişlə bağlı çıxışları bizi narahat etməməlidir. Məncə “pet”lər bunu yaxşı başa düşür, amma çalışırlar özləri sevinmədikləri kimi insanlarımızı da qorxudub ürəkdən sevinmələrinə imkan verməsinlər.

– Bu gün Qərb mediası gecə-gündüz, dayanmadan Qarabağdan köçən bir neçə min erməninin etnik təmizləmə siyasətinə məruz qalmasından yazır , danışır…

– Yaxşı olar ki, bizim diplomatlar beynəlxalq hüququn bizim tərəfimizdə olmasını qeyd etdikləri ki, ermənilərin işğalçılıq siyasətindən, bizə münasibətdə soyqırım cinayəti törətməsindən, etnik təmizləmə siyasəti həyata keçirməsindən, on illərlə bir milyon insanımızın yeraltı qazmalarda, vaqonlarda , çadır düşərgələrində,qəzalı yataqxanalarda, müxtəlif binalarda necə acınacaqlı həyat sürməsindən , onların cüzi bir qisminin öz yurdlarına qayıtmasından danışsın. Onların da şəkilləri beynəlxalq tribunalardan nümayiş etdirilsin. Mediamız, xüsusilə televiziyalarımız fasiləsiz olaraq 1980-ci illərin sonu 90-cı illərin əvvələrində Ermənistandan və Qarabağdan soydaşlarımızın necə qovulmasını əks etdirən kadrları nümayiş etdirsin və müqayisə etsin bu gün Qarabağdan Ermənistana köçənlərlə. Biz onlara getmələri üçün necə şərait yaradırıq, amma onlar qarlı, şaxtalı havada bizim insanları necə ayaqyalın qovurdu, öldürürdü, körpəyə, qocaya, qadına aman vermirdi. Bu gün də kütləvi məzarlıqların yerini demirlər, 4 minə qədər insanımızın taleyindən xəbər yoxdur. Biz dünyaya təkcə haqlı olmağımızı yox, həm də düşmənlərimizin nə qədər vəhşi və riyakar olduğunu nümayiş etdirməliyik. Xocalı qurbanlarının xatirəsinə Xocalıda abidə tikməyə başlamalı , növbəti il onların xatirəsini Xocalıda anmağa hazırlaşmalıyıq.

– Ermənistanda Paşinyanı devirsələr Rusiyanın münaqişəyə münasibəti dəyişə bilərmi?

– Bu ehtimal sıfıra yaxındı. Qatar gedib, Azərbaycan dövlət suverenliyini bərpa edib. Rusiya Azərbaycana münasibətdə ədalətli mövqeni yalnız Paşinyanın hakimiyyətdən devrilməsinə görə sərgiləmir. Ona türk dövlətlərinin təsiri var. Ermənistanın Qarabağda torpaqlarımızı necə işğal etdiyini , işğalda öz günahlarını , bizim haqlı olduğumuzu çox gözəl bilir. Rusiyanın Türkiyə və Azərbaycanla dostluq və əməkdaşlıq etməsi daha sərfəlidir, nəinki işğalı dəstəkləməsi. Əgər Ermənistanda çevriliş baş tutsa , Paşinyan qorxusundan bunu etməsə də, yeni rəhbərlik bizimlə sülh sazişi imzlayacaq , Zəngəzur dəhlizi açılacaq və Ermənistan 3+3 formatında region dövlətləri ilə əməkdaşlıq edəcək.”Böyük Ermənistan” arzularının puç olmasının i günahını isə Paşinyanın boynuna qoyacaqlar, vəssəlam!Dəyişiklik o olacaq ki, Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq.

Previous Post

“Azərbaycan dövlət suverenliyini bərpa edib”

Next Post

Patruşev Oman rəhbərliyi ilə görüşüb

Bənzər yazılar

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00

Almaniya kansleri Fridrix Merts Avropa İttifaqı (Aİ) liderlərini Ukraynaya dəstəyini gücləndirməyə çağırıb. Elchi.az xəbər verir ki, o, bu barədə Brüsseldə...

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09

Özbəkistan Prezidenti uşaqlara qarşı cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Elchi.az xəbər verir ki, bu barədə Prezident...

Belarus NATO-nun yeni planını PİSLƏDİ

Belarus NATO-nun yeni planını PİSLƏDİ

14 Oktyabr 2026 - 15:00

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib ki, Belarus NATO-nun yeni “Qələbə nəzəriyyəsi” planını pisləyir. Elchi.az bu barədə...

Tramp: İrana ağır zərbə endirəcəyik

Tramp: İrana ağır zərbə endirəcəyik

14 Oktyabr 2026 - 11:05

ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə xəbərdarlıq edərək dedi: "Gözləyin və görün İrana nə edəcəyik. Onlara ağır zərbə endirəcəyik....

Next Post
Patruşev Oman rəhbərliyi ilə görüşüb

Patruşev Oman rəhbərliyi ilə görüşüb

Patruşev Oman rəhbərliyi ilə görüşüb

Patruşev Oman rəhbərliyi ilə görüşüb

Son xəbərlər

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

15 Oktyabr 2026 - 14:43
Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30
Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14
Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

15 Oktyabr 2026 - 14:07
Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

15 Oktyabr 2026 - 14:00
Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

15 Oktyabr 2026 - 13:51
“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

15 Oktyabr 2026 - 13:43
Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

15 Oktyabr 2026 - 13:42
Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

15 Oktyabr 2026 - 13:41
“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

15 Oktyabr 2026 - 13:35
“Heç vaxt bu qədər çətin vəziyyətdə olmamışıq” – Pezeşkian

“Heç vaxt bu qədər çətin vəziyyətdə olmamışıq” – Pezeşkian

15 Oktyabr 2026 - 13:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.