2032-ci ildə Aya dəymə ehtimalı olan 2024 YR4 asteroidi elmi dünyada həm böyük narahatlıq, həm də həyəcan doğurur. Təxminən 60 metr diametrli bu səma cisminin Yer üçün təhlükə kimi götürülməsinə baxmayaraq, onun Ayla toqquşma ehtimalı hazırda 4 faiz civarındadır.
Elchi.az xəbər verir ki, Astronomlar tərəfindən izlənilən 60 metr diametrli 2024 YR4 asteroidinin 2032-ci ildə Aya dəymə ehtimalı elmi dünyanı hərəkətə gətirib.
Təxminən 4 faiz ehtimalla baş verməsi gözlənilən bu toqquşma, orta ölçülü termonüvə silahının partlamasına bərabər enerji buraxacaq.
Sakit okean bölgəsindən çılpaq gözlə müşahidə edilə bilən bu hadisə, Ayın səthində təxminən 1 kilometr enində yeni bir krater yaradacaq.
Ayın daxili quruluşu seysmik dalğalarla işıqlanacaq
Toqquşma anında yaranacaq seysmik dalğalar, Ayın dərinlikləri ilə bağlı bilinməyənləri aşkar etmək üçün laboratoriya rolunu oynayacaq. Bütün səthdə hiss olunan 5.0 bal gücündə titrəyiş, Ayın nüvəsini və təbəqələrini anlamağımıza kömək edəcək.
James Webb Kosmik Teleskopu kimi qabaqcıl müşahidə alətləri ərimiş su hovuzunun soyuma prosesini izləyəcək və krater əmələ gəlmə mexanizmləri haqqında unikal məlumatlar toplayacaq.
Şayəstə





















