"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Avtomobil bazarında ciddi bahalaşma gözlənilir – “Avtomobillər hətta 10-20 min manat bahalaşa bilər”

04 Yanvar 2019 - 12:57
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Vergilər Məcəlləsində edilən son dəyişikliklərin qüvvəyə minməsindən sonra avtomobil bazarında ciddi qiymət artımları proqnozlaşdırılır. Belə ki, dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən Azərbaycana gətirilən avtomobillərə tətbiq olunan aksiz vergisi kəskin şəkildə artırılır.

Qərara görə, idxal olunan avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Yeni ildən mühərrikinin gücü 2 litr olan avtomobil üçün aksiz vergisi 400 manatdan 600 manata, 2,2 litr olan 1000 manatdan 1600 manata, 2,5 litr olan 1900 manatdan 3100 manata, 3 litr olan 3400 manatdan 5600 manata, 3,5 litr olan 7400 manatdan 12100 manata, 4 litr olan 11 400 manatdan 18 600 manata, 4,5 litr olan 21 400 manatdan 36 100 manata, 5 litr olan 31 400 manatdan 53 600 manata, 5,5 litr olan 51 400 manatdan 88 600 manata, 5,7 litr olan 59 400 manatdan 102 600 manata qaldırılır.

Avtomobil bazarının vergi artımlarına necə reaksiya verəcəyi ilə bağlı artıq proqnozlar verilib. Ekspertlər qiymət artımlarını və bundan dolayı bazarda yaranacaq durğunluğu istisna etmirlər.

1516273874_ramilosmanliMövzunu “Yeni Müsavat”a şərh edən iqtisadçı ekspert Ramil Osmanlı da vurğuladı ki, aksiz vergilərinin artırılması bazarda qiymətlərin artmasına səbəb olacaq: “Xüsusilə mühərrik həcmi daha çox  olan avtomobillərdə bu özünü daha çox göstərəcək. Amma araşdırmalar göstərir ki, aksiz dərəcələrinin artımı təkrar bazar üzrə də qiymətlərin yüksəlməsinə səbəb olur. Bu mənada indidən avtomobil bazarında minimum 1000 manatdan başlayaraq qiymət artımını proqnozlaşdıra bilərik. Mühərrik həcmindən asılı olaraq bəzi avtomobillərdə hətta 10-20 min manata qədər bahalaşma ola bilər.

R.Osmanlı onu da vurğuladı ki, bu qərar ölkəyə daha çox köhnə avtomobillərin idxalına yol açacaq ki, bu da arzuolunan deyil: “Azərbaycan avtomobilləşməyə görə nisbətən geridədir. Adambaşına düşən avtomobil sayına görə ölkəmiz nəinki Avropada, hətta MDB məkanında ən sonuncu yerlərdən birini tutur. Bu baxımdan idxalı məhdudlaşdıran qərarların qəbulu bu prosesi bir qədər də ləngidəcək. Əslində biz ötən illərə nəzər salsaq, idxalın nə qədər azaldığının şahidi ola bilərik. 2013-2014-cü illərdə ölkəyə hər il 100 min avtomobil idxal olunurdusa, ötən il bu rəqəm heç 25 minə çatmadı. Yəni idxal 4 dəfə azalıb. İdxalı bu qədər məhdudlaşdırmaq həm də ziyanlıdır. Ancaq hesab edilir ki, bu cür inzibati qərarlar həm də ekoloji vəziyyətin yaxşılaşmasına, nəqliyyatla bağlı sıxlığın və digər problemlərin həllinə səbəb olacaq. Gözləyək, görək necə olacaq”.

Ekspert qeyd etdi ki, bir tərəfdən yeni avtomobillərə aksiz vergilərinin tətbiqi köhnə avtomobillərin daha çox idxal olunmasını stimullaşdırır: “Digər tərəfdən isə Avropa ölkələri artıq mühərriki dizellə işləyən, eləcə də Avro 4 və Avro 5 standartlarına cavab verməyən avtomobillərin istifadəsini məhdudlaşdırmaqla bağlı qərar qəbul edib. Bu isə həmin maşınların daha çox ucuzlaşmasına və ölkəmizə idxalının artmasına səbəb ola bilər”.

R.Osmanlı qeyd etdi ki, bəzi Avropa ölkələrində dizel mühərrikli, həmçinin Avro 4 və Avro 5 standartlarına cavab verməyən avtomobillərin istismarına tətbiq olunacaq məhdudiyyətdən sonra bu nəqliyyat vasitələrinin ölkəmizə idxalı arta bilər. Ancaq bu, uzunmüddətli dövr üçündür. R.Osmanlı: “Azərbaycan ekoloji vəziyyətin yaxşılaşması üçün ilk növbədə ölkədə istehsal olunan yanacağın keyfiyyətini artırmalı, ən azı Avro 4 standartı səviyyəsinə çatdırmalıdır. Bundan sonra köhnə, istismar müddətini başa vurmuş  və utilizasiyaya getməli olan avtomobillərdən istifadə məsələsinə baxılmalıdır. Bu məsələ uzun müddətdir müzakirə edilir, Qazaxıstan, Rusiya və digər ölkələrin modelindən istifadə ilə bağlı məsələlər ortaya çıxıb. Ancaq hələ ki ciddi bir qərar verilməyib. Köhnə nəqliyyat vasitələrinin istismardan çıxması məsələsi onların sahiblərinə kompensasiya verilməsi şəklində və ya digər bir formada həyata keçirilməlidir”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, avtomobil bazarında bahalaşma artıq ötən aydan başlamışdı:“Həmçinin ötən ay idxal olunan avtomobillərin sayında kəskin artım oldu ki, yanvarın 1-dən etibarən artıq daha çox rüsum ödəməli olacaqlar. Ona görə də ötən ilin son aylarında intensiv şəkildə ölkəyə avtomobil idxal olunmağa başladı. Qiymətlərdə də artım müşahidə olunmağa başlamışdı. Bu ilin ilk aylarında isə bazarda durğunluq olacağı gözlənilir. Ölkəyə gətirilən maşınların sayında da azalma olacaq. Çünki öncəki ay kifayət qədər avtomobil gətirilib. Qiymətlərin artım prosesi isə davam edəcək. Alıcılıq qabiliyyəti aşağı olduğu üçün bu da durğunluqla nəticələnəcək. Azərbaycanda son 3-4 ildə avtomobil idxalı və satışı aşağı düşüb. 2011-2012-ci illərdə isə hər il 90 min avtomobil gətirilirdi. 2016-cı ildə bu rəqəm kəskin azaldı, 2017-ci ildə bir qədər artmağa başladı. 2018-ci ildə isə sözügedən qərara görə, son aylarda kəskin artım oldu. Qarşıdakı dövrdə idxalda azalma gözlənilir, qiymət artımı isə davam edəcək”.

Previous Post

Avtomobil bazarında ciddi bahalaşma gözlənilir – “Avtomobillər hətta 10-20 min manat bahalaşa bilər”

Next Post

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post
Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Növbəti iki gün üçün hava proqnozu açıqlanıb

Son xəbərlər

Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

Azəbaycan neftinin qiyməti 120 dolları ötüb

12 Sentyabr 2026 - 11:21
Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

Bakı-Qazax yolunda “Mercedes Vito” “Kamaz”a çırpıldı, ölən var

12 Sentyabr 2026 - 11:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.