"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Avtobus və metroda gediş haqqı artırıldı – Təcili

29 Sentyabr 2025 - 11:22
in MANŞET
FacebookVatsap

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

Bunu da oxuyun

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Elchi.az xəbər evrir ki, bu barədə Nazirlik məlumat yayıb.

Qurum bəyan edib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

Avtobus

Hazırda özəl nəqliyyat şirkətlərinin ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusları ölkəyə gətirməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib – 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. “Böyük Qayıdış” planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

Metro

Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

Qərar

İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqlənib:

– Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

– Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

Bu tariflər oktyabrın 1-dən qüvvəyə minəcək.

Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

Previous Post

FHN: Ötən həftə 156 yanğına çıxış olub, 45 nəfər xilas edilib – VİDEO

Next Post

Saldo: Xersonda vəziyyət acınacaqlıdır

Bənzər yazılar

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

Next Post
Saldo: Xersonda vəziyyət acınacaqlıdır

Saldo: Xersonda vəziyyət acınacaqlıdır

Mikayıl Cabbarov: Azərbaycan kapital ixrac edən ölkəyə çevrilib

Mikayıl Cabbarov: Azərbaycan kapital ixrac edən ölkəyə çevrilib

Comments 10

  1. Günel Qafarova says:
    1 il ago

    Əla məlumatdır. Avtobusların yenilənməsi çox vacib idi. Bu proqramla daşımaların keyfiyyətinin artacağını düşünürəm. Uşaqlarıma da yaxşı olacaq. Təki yenilənən avtobuslar vaxtında gəlsin.

    Reply
    • Aytən Abdullayeva says:
      12 ay ago

      Əla məlumatdır. Avtobusların yenilənməsi çox vacib idi. Bu proqramla daşımaların keyfiyyətinin artacağını düşünürəm. Uşaqlarıma da yaxşı olacaq. Təki yenilənən avtobuslar vaxtında gəlsin. Amma bu gedis haqqi artimi cox pis oldu, bele de catdiramirdik. Elə bilirsiz yenilenen avtobuslarla bele cetinlik cekmeyeciyik?

      Reply
  2. İsmayıl Qasımov says:
    1 il ago

    Çox gözəl xəbərdi. Avtobus parkının yenilənməsi çox vacib idi. Yeni avtobuslar gəldi, bu da yaxşıdı. Gediş haqqının artması da məncə normaldır, çünki avtobuslar da təzələnir. Hər şey yaxşılığa doğru gedir.

    Reply
    • Xədicə Cəfərova says:
      12 ay ago

      Çox gözəl xəbərdi. Gəncədəki yeni avtobusları görüb sevindim. Bakı da bu cür olacaq inşallah. Gediş haqqının artması da normaldır.

      Reply
  3. Pərvanə Əhmədova says:
    1 il ago

    Ay camaat, ay qardaş, bacı! Yenə də qiymətlər qalxdı. Nə isə, elə bil gəlib-gedən az idi. Bəlkə də bu yenilənən avtobuslar da bir şeyə yaramaz. Elə belə də davam edərik. Amma yəqin ki, yaxşı olacaq bu dəyişikliklər.

    Reply
    • Qurban Sadıqov says:
      1 il ago

      Ay camaat, ay qardaş, bacı! Yenə də qiymətlər qalxdı, həəə. Nə isə, elə bil gəlib-gedən az idi. Bu yenilənən avtobuslar da elə-belədir, amma bəlkə də bu dəfə işə yarayar. Hamı gedib avtobusda rahat oturar da.

      Reply
  4. Arif Səfərov says:
    1 il ago

    Aaaa, nəhayət ki, xəbər verdilər. Gedib cibimizdəki son qəpiyi də verəcəyik indi metroya, avtobusa. Amma olsun, canımız sağ olsun, dövlət proqramı var da! Nə olar ki biraz bahalaşsın, əsas odur ki, avtobuslar yenilənir, təzə gəlir, hər şey yaxşı olacaq insaallah.

    Reply
    • İbrahim Mehdiyev says:
      1 il ago

      Aaaa, yeni tariflər müəyyən olunub deyəsən. Elə bu vaxta qədər gözləyirdik ki, nə vaxt bahalaşacaq. Amma dövlət proqramı var da, yəni nə deyəsən. Düzdü, gediş haqqı artır, amma avtobuslar da təzələnir ki. Hər şey yaxşı olacaq inşallah.

      Reply
      • Elnur Qafarov says:
        12 ay ago

        Bəs nəysə, yeni tariflər çıxdı, hər şey normaldır da. Elə buna görə dövlət proqramı da var idi. Yəni bu qiymət artımı da bir şeydir, avtobuslar yenilənir axı. Ümid edək ki, gələcəkdə hamısı düzələcək.

        Reply
        • İlhamə Fətəliyeva says:
          12 ay ago

          Əvvəlki şərhimdə də demişdim, avtobuslar yenilənir, ona görə də gediş haqqı artımı normaldır. Gəncədə 244 yeni avtobus var, Bakıda da 400-ə çatacaqmış. Belə gedərsə, hamısı yaxşı olacaq inşallah.

          Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Strateji indikatorlar – MÖVQE

Strateji indikatorlar – MÖVQE

07 Oktyabr 2026 - 14:20
Artezian quyularının elektrik xərci azalacaq

Artezian quyularının elektrik xərci azalacaq

07 Oktyabr 2026 - 14:14
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib – VİDEO

07 Oktyabr 2026 - 14:07
Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

Aİ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəlib

07 Oktyabr 2026 - 14:00
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar – SİYAHI

07 Oktyabr 2026 - 13:51
Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42
FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət – Video

07 Oktyabr 2026 - 13:30
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 - 13:16
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

07 Oktyabr 2026 - 13:08
“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

07 Oktyabr 2026 - 13:00
Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

07 Oktyabr 2026 - 12:51
Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

07 Oktyabr 2026 - 12:42
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

07 Oktyabr 2026 - 12:30
İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44
İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

07 Oktyabr 2026 - 11:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.