Avstriyada restoran operatorunun ayrı-seçkilik tətbiqi reaksiyaya səbəb olub. Restoran ərəb, hippi, vegan və ekoloq müştərilərin qəbul edilməyəcəyini açıqlayıb.
Avstriyada bir restoran irqçi qərar qəbul edib.
Elchi.az xəbər verir ki, hadisə ifrat sağçıların daha çox yerləşdiyi Karnten əyalətində baş verib. Bir göl kənarındakı restoran masaların sayını azaltmaq istəyirdi.
Bu səbəbdən yalnız daimi və yerli müştərilərə xidmət göstərəcəyini açıqladı.
Restoranın operatoru ərəb, hippi, veqan və ekoloji müştərilərin qəbul edilməyəcəyini açıqlayıb. “Mən qərarımın arxasındayam” dedi.
O, vəziyyətin hüquqi tərəfi ilə maraqlanmadığını bildirib.
Restoran sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Karintiya Restoran Biznes Assosiasiyası qərara reaksiya verib.
“Etnik mənsubiyyətə görə xidmət etmək olmaz. Bu, açıq ayrı-seçkilikdir”, – o bildirib.
Şayəstə