"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilib

07 İyun 2026 - 11:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Almaniyanın Hamburq şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu” keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) Elchi.az – a bildirilib ki, forum komitənin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə “Ağıllı şəhər texnologiyaları və prosesləri” mövzusunda təşkil olunub.

Bunu da oxuyun

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

Tədbirdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı mühəndislər, memarlar, şəhərsalma üzrə azərbaycanlı və xarici mütəxəssislər, elm və biznes nümayəndələri iştirak edib. Forumun məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, eləcə də xaricdə yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.

Açılış mərasimi Azərbaycan və Almaniyanın Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Altay Rüstəmli bu günə kimi keçirilən forumların nəticələri barədə məlumat verib, perspektivə dair fikirlərini səsləndirib. Almaniyanın Rur Universitetinin dosenti, professor Elxan Sadıqzadə Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin forumlarının əsas nəticələri haqqında qısa məruzə ilə çıxış edib.

DİDK sədri Fuad Muradov çıxışında bildirib ki, xaricdə fəaliyyət göstərən və eyni sahəni təmsil edən mütəxəssislərin forumlarının təşkili artıq ənənəyə çevrilib. Əldə olunan uğurlar göstərir ki, belə forumlar bilik və təcrübə mübadiləsi üçün unikal və daha dayanıqlı imkanlar yaradır.

Sədr, həmçinin komitənin strateji layihələri barədə geniş məlumat verib, dünya azərbaycanlılarının fəaliyyətinin daim Azərbaycan dövlətinin, o cümlədən Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu qeyd edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında forumların yalnız müzakirə platforması deyil, həm də intellektual kəşflərin və yaradıcı ilhamın formalaşdığı dinamik mühit olduğunu qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin müşaviri Ruhlan Nəbiyev forumun uğurlu perspektiv vəd etdiyinə əminlik ifadə edib, azərbaycanlı və xarici mühəndislər arasında əməkdaşlığın dərinləşməsi üçün təkliflərini səsləndiriblər.

Avropanın 11 ölkəsindən, Almaniyanın 40-dan çox şəhərindən yüzlərlə mütəxəssisin qatıldığı forumda mühəndislik elminin inkişaf tarixini, eləcə də bundan əvvəlki forumların nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları barədə geniş məlumat verilib. Mühəndislər rəqəmsal transformasiya, dayanıqlı şəhər inkişafı, süni intellektin şəhər idarəçiliyində tətbiqi, enerji səmərəliliyi, ağıllı nəqliyyat sistemləri və ekoloji həllər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparıb, bu istiqamətlərdə qısamüddətli və uzunmüddətli planları barədə fikirlərini səsləndiriblər.

Forumda Almaniyanın Ruhr Universitetinin dosenti, adı dünyanın ən yaxşı alimlərinin 2 faizini təşkil edən reytinq cədvəlinə daxil olan Elxan Riçard Sadıq-Zadəyə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın moderatorluğu ilə keçirilən forum müxtəlif panel müzakirələri, təqdimatlar və şəbəkələşmə görüşləri ilə davam edib. Panel müzakirələri “Smart City və şəhərsalmada Avropa təcrübəsi”, “Gələcəyin şəhərləri, inşaat, rəqəmsallaşma və dayanıqlılıq” mövzularında olub.

Qonaqlar forumun keçirildiyi məkanda təşkil olunan Azərbaycandakı alman abidələrinin şəkillərindən ibarət sərgiyə böyük maraq göstəriblər.

Forum çərçivəsində Almaniyanın Brandenburq Texnologiya Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında “Gələcək elmi araşdırmalar və tədqiqatlar sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Previous Post

Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Next Post

Sabah Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək

Bənzər yazılar

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

18 Avqust 2026 - 17:30

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və...

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib

18 Avqust 2026 - 17:28

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi...

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır

18 Avqust 2026 - 17:25

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədində sıxlığın aradan qaldırılması müzakirə edilib. Bu barədə Elchi.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir....

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

18 Avqust 2026 - 16:05

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman bu gün etimadnaməsini Prezident İlham...

Next Post
Sabah Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bir sıra rayonlara dolu düşəcək

İsrail Ordusu HƏMAS-ın bölmələrindən birinin komandirini zərərsizləşdirib

İsrail Ordusu HƏMAS-ın bölmələrindən birinin komandirini zərərsizləşdirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Yuşşenko Prezident İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirdiyini bildirib, Azərbaycan liderinə təşəkkür edib

Yuşşenko Prezident İlham Əliyevlə səmimi və məzmunlu görüş keçirdiyini bildirib, Azərbaycan liderinə təşəkkür edib

18 Avqust 2026 - 19:21
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə: Nəticələr…

MİQ üzrə vakansiya seçiminin nəticələri məlum olub

18 Avqust 2026 - 19:13
Yunanıstanın bir çox bölgəsində meşə yanğınları baş verib

Yunanıstanın bir çox bölgəsində meşə yanğınları baş verib

18 Avqust 2026 - 19:05
Cənubi Koreyadan Trampın açıqlamasından sonra ABŞ-a “məsləhətləşmə” mesajı

Cənubi Koreyadan Trampın açıqlamasından sonra ABŞ-a “məsləhətləşmə” mesajı

18 Avqust 2026 - 18:52
Tramp: İranla danışıqlar aparılmır

Tramp: İranla danışıqlar aparılmır

18 Avqust 2026 - 18:44
Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada ölüb

18 Avqust 2026 - 18:37
AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

AYNA: “Qırmızı Körpü” gömrük postunda 1030 yük nəqliyyat vasitəsi canlı növbədədir

18 Avqust 2026 - 18:26
Rusiya: Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik

Rusiya: Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik

18 Avqust 2026 - 18:17
MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

18 Avqust 2026 - 18:10
Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

Qərbi Nil virusu yayılır: Daha bir ölkə həyəcan siqnalı verdi

18 Avqust 2026 - 18:01
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

18 Avqust 2026 - 17:59
Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

Gürcüstanla sərhəddə sıxlıqla bağlı – RƏSMİ AÇIQLAMA

18 Avqust 2026 - 17:48
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – Spark ’26-ya qeydiyyatı açıq elan edir

18 Avqust 2026 - 17:39
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

18 Avqust 2026 - 17:30
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub

18 Avqust 2026 - 17:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.