Hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 250 ABŞ dollarından aşağı enib.
14 mart tarixində hərrac zamanı Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 1 245 dollar təşkil edib ki, bu da öncəki hesablama qiyməti (1 479 dollar) ilə müqayisədə 16% azdır.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum demək olar ki 3 900 dollaradək yüksəlib.