"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Avropa Şurası baş katibinin Azərbaycana arxadan vurduğu zərbə

04 Noyabr 2014 - 12:09
in SİYASƏT
FacebookVatsap

70585_res_01Avropa Şurasının (AŞ) baş katibi Torbörn Yaqland formal bir bəhanədən Böyük Britaniyanın ədliyyə naziri Kris Qreylinqin bəyanatından yapışaraq Azərbaycan hakimiyyətini tənqid edən məqalı ilə çıxış edib.

Bunu da oxuyun

Merts Ukraynaya elan olunmamış səfər edib

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Öncə onu deyək ki, K.Qreylinq “The Daily Telegraph” qəzetinə açıqlamasında Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tərkibindən çıxmaq niyyətini açıqlayıb. Nazir deyib ki, əgər Mühafizəkarlar Partiyası 2015-ci ilin yazında keçiriləcək seçkilərdən sonra da hakimiyyətdə qalmaqda davam etsə, onun ölkəsi AİHM-dən çıxacaq.

AŞ baş katibi Torbörn Yaqlandın məqaləsi nüfuzlu Britaniya qəzeti “Guardian”da dərc edilib.

T.Yaqlandı bu tənqidləri dilə gətirməyə sövq edən motiv və səbəbləri anlamaq çox çətindir. T.Yaqland birtaniyalıların AŞ-yə ünvanlanmış siyasi ultimatumunu Azərbaycanda insan haqlarının durumu məsələsi ilə malalayıb ört-basdır etməyə cəhd göstərib. Baş katib bununla britaniyalılara sanki belə demək istəyib ki, siz AİHM-dən hara çıxırsınız, baxın, insan haqlarının vəziyyətinin heç də yaxşı olmadığı Azərbaycan kimi ölkələr də var.

Ən qəribəsi də budur ki, AŞ baş katibinin məqaləsi Azərbaycan prezidenti İlham Əliyevin fotoşəkli ilə müşayiət olunur. Həmin foto yazının ortasına yerləşdirilib. Bunun da sətiraltı mənası bəllidir. Amma bu cəhd Azərbaycan hakimiyyətinə qarşı birləşmək üçün çox uğursuz təşəbbüsdür. Özü də heç nədən, necə deyərlər, boş yerdən, heç bir əsas olmadan irəli sürülmüş bir təşəbbüs…

Və bütün bunlar bilirsinizmi hansı hadisələrin fonunda baş verir?! Prezident Əliyev cəmi bir neçə həftə əvvəl AŞ baş katibinin mübahisəli cinayət işlərinin ictimai ekspertizası üzrə mülki mexanizmlər yaratmaq barədəki təşəbbüsünü dəstəkləmişdi.

T.Yaqlanda məqaləsində ReAl lideri İlqar Məmmədovun məsələsinə xüsusi diqqət ayıraraq onun qeyd-şərtsiz azad olunmasını yenidən tələb edib.

AŞ baş katibi Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasını pozmaqda ittiham edir. T.Yaqland Azərbaycanın məhkəmə sistemində də dərin köklərə malik problemlərin olduğunu vurğulayır.

“Mən AŞ üzvü olan dövlətləri və aparıcı ölkələrin Bakıdakı səfirliklərini hüquq müdafiəçiləri üzərindəki cari məhkəmə araşdırmalarına nəzarət etməyə çağırdım. Britaniya bu təklifə artıq müsbət cavab verib” – deyə AŞ baş katibi yazır.

T.Yaqland onu da bildirir ki, o, beynəlxalq və Azərbaycan QHT-lərinin nümayəndələri ilə müntəzəm olaraq görüşür. Bu QHT-lər Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətini boğmasından şikayətlənirlər. T.Yaqlandın sözlərinə görə, o, Venesiya Komissiyasının ekspertlərinə Azərbaycanın QHT-lər haqqında qanununa yeni əlavə və dəyişikliklərin Avropa Konvensiyasının tələblərinə uyğun gəlib-gəlmədiyini yoxlamaq və bu prosesdə yerli QHT-lərin də iştirakını təmin etmək barədə tapşırıq verib.

T.Yaqland açıq şəkildə bəyan edir ki, AŞ insan haqları sahəsində vəziyyətin pisləşməsinə görə Azərbaycana dəfələrlə xəbərdarlıq edib. AŞ baş katibi AŞ-nin insan haqları üzrə ali komissarı Nil Muyjnieksin Azərbaycana bu yaxınlarda baş tutmuş səfərini də yada salır və sonuncunun Bakıda hüquq müdafiəçilərinə qarşı repressiyaların olması barədəki qalmaqallı bəyanatından sitatlar gətirir.

Maraqlıdır ki, AŞ baş katibi bütün bunlardan sonra insan haqları üzrə Birgə İşçi Qrupun yaradılmasına dair əldə edilən razılaşmadan yazıb siyasi məhbusların tezliklə azad ediləcəyinə ümid etdiyini bildirir. Ardınca isə Britaniyanı qroxudur ki, bu ölkənin AİHM-dən çıxması Azərbaycan kimi ölkələrdə neqativ proseslərə geniş meydan verə bilər…

Beləliklə, haqlı bir sual yaranır: Yaqland Britaniya ətrafında yaranmış mübahisəli vəziyyət barədə fikir və mülahizələrini bildirərkən niyə məhz Azərbaycanı nümunə gətirir?

Tutalım, baş katib Azərbaycanın ünvanına səsləndirdiyi iradlarında haqlıdır. Amma Azərbaycan doğrudanmı insan haqlarının pozulduğu yeganə ölkədir? Yaqland 100-dən çox siyasi məhbusun olduğu Gürcüstanı niyə görmür? Kriminal xuntanın idarə etdiyi Ermənistanın adını niyə çəkmir? Bütün Qərbin əleyhinə birləşdiyi Rusiyanı niyə yada salmır?

Bu cür ölkələırin siyahısını uzatmaq da olar. Bəs Yaqland yalnız br ölkənin üzərinə hücuma keçməyə vadar edən nədir? AŞ baş katibi bu əsassız iddialarından sonra dünya mətbuatında tənqid etdiyi ölkənin hakimiyyəti ilə hansı üzlə konstruktiv əməkdaşlıq etməyə hazırlaşır? Belə olacaqdısa, birgə təşəbbüs irəli sürmək və İşçi Qrupu yaratmaq nəyə lazım idi? Tərəfdaş ölkəyə bu nə münasibətdir, necə münasibətdir?

Bu suallara cavab tapılmalıdır. Güman etmək olar ki, Azərbaycan hakimiyyətinin cavabı özünü çox gözlətməyəcək…

Yusif Əliyev

Virtualaz.org

Previous Post

Avropa Şurası baş katibinin Azərbaycana arxadan vurduğu zərbə

Next Post

Azərbaycanda problemli kreditlər – 1 milyard

Bənzər yazılar

Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11

Almaniya Kansleri Fridrix Merts elan olunmamış səfərlə Kiyevə gedib. Elchi.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında...

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Elchi.az xəbər verir ki,...

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,...

Next Post

Azərbaycanda problemli kreditlər – 1 milyard

Azərbaycanda problemli kreditlər – 1 milyard

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.