"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat

10 Sentyabr 2014 - 10:42
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat dinlənilib.
img1632659Trend-in məlumatına görə, hesabat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri” adlı layihə çərçivəsində Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa ekspertləri tərəfindən hazırlanıb.
Hesabatın Brüsseldə keçirilən təqdimatında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili Məlahət İbrahimqızı, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, Avropa Parlamentinin qadın üzvləri, Belçika Senatının fəxri spikeri Anne Mari Lizin, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqanın prezidenti Anni Süjye, Azərbaycanın Belçika Krallığındakı səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
50 səhifədən ibarət hesabat Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edir. Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü, qadın hüquq müdafiəçisi Culi Uord tədbiri açaraq Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində əldə edilən uğurlardan təsirləndiyini bildirib. “Azərbaycan Avropa Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir”, – Culi Uord deyib və əlavə edib ki, Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq Tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tədbirin təşkilatçılarına və hesabatın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edərək Şuranın fəaliyyəti haqqında ətraflı məlumat verib. A.Quliyev bildirib ki, QHT Şurası hər il gender bərabərliyi, insan alveri, məcburi əmək və qadınlarla bağlı digər mövzularda 50-ə yaxın layihəni dəstəkləyir. Hesabat haqqında danışan Şura sədri qeyd edib ki, sənəddə göstərildiyi kimi, Azərbaycan qadınların bütün hüquq və azadlıqlarının qorunduğu dünyəvi və müasir bir dövlətdir.
A.Quliyev qeyd edib ki, Azərbaycan qadınının cəmiyyətdə, eləcə də dövlət strukturlarında geniş şəkildə təmsil olunması böyük ictimai əhəmiyyətə malikdir. Şura sədri 1918-ci ildə Azərbaycanda qadınların səsvermə hüququna Belçika, Fransa və ABŞ kimi ölkələrdən əvvəl yiyələndiyini bildirib. A.Quliyev vurğulayıb ki, müasir zamanda da Azərbaycan hökuməti qadının cəmiyyətdə rolunu artırmaq üçün bütün lazımı tədbirləri görür. A.Quliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini misal göstərərək bildirib ki, Azərbaycan qadını bu gün dövlət quruculuğunda xüsusi mövqe tutur.
Nitqinin sonunda Şura sədri Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə Azərbaycan qadınının zərər çəkdiyini, məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımız sırasında 300 minə yaxın qadının olduğunu dilə gətirib. Azay Quliyev vurğulayıb ki, əsirlikdə olan və itkin düşmüş 4049 Azərbaycan vətəndaşı arasında 17 nəfər gənc qız, 247 qadın var: “Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını yaxından izləyirik. Avropa İttifaqı kimi biz də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Eyni addımları və eyni dəstəyi Azərbaycana qarşı da görmək istəyirik”.
Sonra qadın hüquqlarının müdafiəsi və təbliğinə dəstək verən fransalı ekspert Patrisia Lalond və “Kişi Qadın Arasında Barabərlik Naminə Valloniya Sinerji” təşkilatının prezidenti, belçikalı ekspert Ren Marselis “Avropa Qonşuluğunda qadın hüquqlarının inkişafı: Azərbaycanın timsalında” adlı hesabatı təqdim ediblər. Bu il Azərbaycana səfər edən fakt araşdırıcı missiyanın üzvü xanım Lalond Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin, eləcə də ölkəmizin digər bölgələrindəki bu cür mərkəzlərinin fəaliyyətini müsbət qiymətləndirib. Patrisiya Lalond hökumətin bu sahədə gördüyü işləri sadalayaraq Azərbaycan qanunvericiliyində nikah yaş həddinin 17-dən 18-ə qaldırılmasını və məcburi nikahlara görə cəzaların sərtləşdirilməsini yaxşı addım kimi qiymətləndirib.
Təqdimatdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində dövlətin gördüyü işlərdən söhbət açıb. Komitə sədri bildirib ki, hökumət ölkədə gender bərabərliyinin gücləndirilməsi məqsədi ilə mühüm işlər görür və artıq bu sahədə ciddi irəliləyişlər var. H.Hüseynova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması hökumətin qadınlara olan diqqət və qayğısının bariz nümunəsidir. Rəhbərlik etdiyi qurumun yerli QHT-lərlə sıx əməkdaşlıq etdiyini deyən H.Hüseynova əlavə edib ki, bölgələrdə tez-tez qadınlar üçün maarifləndirmə tədbirləri, təlimlər, dəyirmi masalar təşkil edilir.
Millət vəkili, Lider Qadınlar İctimai Birliyin təsisçisi Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanda gender siyasəti sahəsində həyata keçirilən işlərdən söz açıb. Millət vəkili Azərbaycanda qadınların qərar qəbuletmədə, parlament və bələdiyyələrdə artan rolundan danışıb.
Sonda hesabat və mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib.
Previous Post

Avropa Parlamentində Azərbaycanla bağlı hesabat

Next Post

“Müharibə elan edə bilərik”

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post

"Müharibə elan edə bilərik"

"Müharibə elan edə bilərik"

Son xəbərlər

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26
Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

02 Noyabr 2026 - 17:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.