Avropa Çinin sülh planını ciddi qəbul etmir

112

Borrell Aİ Zelenskinin planını Ukrayna münaqişəsinin yeganə düzgün həlli hesab edir.
Elchi.az xəbər verir ki, Aİ-nin xarici xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Avropa Ukraynadakı münaqişənin diplomatik yolla həlli üçün yeganə mümkün variantı Vladimir Zelenskinin planı hesab edir və Çinin sülh planı ciddi qəbul edilmir.
“Ukrayna üçün yalnız bir sülh planı var – Zelenski planı. Çin planı sadəcə xoş arzular toplusudur. Realist olaq, indi biz Ukraynanın hərbi səylərini dəstəkləməliyik”, – Borrell Florensiyada Avropa Birliyinin vəziyyəti ilə bağlı ekspert konfransında deyib.

Şayəstə Hüseynova