"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Avropa Birliyi-Rusiya rəqabətində Azərbaycan tək və mütləq qalib olmaq şansı qazanır…

02 Sentyabr 2022 - 14:57
in MÖVQE
FacebookVatsap

“Təbii ki, Avropa Birliyi-Rusiya rəqabəti Azərbaycanın maraqlarına cavab verir. Çünki hər iki tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində xüsusi fəallıq göstərmək məcburiyyətindədir. Üstəlik, Cənubi Qafqazda regional siyasi iradə mərkəzi olan Azərbaycanın maraqlarından və şərtlərindən kənara çıxmaq şansına da sahib deyillər”.

Bunu da oxuyun

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Katz: Ölkəyə “ağır bir zərbə” endiriləcək

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Elchi.az xəbər verir ki, bu fikriləri politoloq Elçin Xalidbəyli FB hesabında qeyd edib:

“Maraqlıdır ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilmiş Əliyev-Paşinyan görüşündə Qərbin Rusiya ilə rəqabətinin real nəticələri müşahidə olundu. Bu görüşün yekun nəticələrinin detalları hələlik tam məlum deyil. Ancaq indiyə qədər açıqlanan bəzi məqamlar Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldən öz əsas hədəflərinə nail olaraq, ayrıldığını göstərir.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan mətbuatında Avropa Birliyi Şurasının rəhbəri Ş.Mişelin Əliyev-Paşinyan görüşü barədə rəsmi açıqlaması yayılıb. Araşdırmalar göstərir ki, Ermənistan mətbuatı böyük ehtimalla rəsmi İrəvanın təlimatı ilə Ş.Mişelin rəsmi açıqlamasını “senzura”ya məruz qoyub. Və açıqlamanın əslinə diqqət edəndə bu, açıq-aşkar nəzərə çarpır.
Həmin açıqlamada Şarl Mişel əvvəlcə görüşün məhsuldar olduğunu vurğulayaraq, buna görə hər iki liderə təşəkkür edib. O, bildirib ki, gündəlikdə olan məsələlərin bütün spektri nəzərdən keçirilib. Və eyni formatda növbəti görüşün noyabrda yenə Brüsseldə keçirilməsi barədə anlaşma əldə edilib.
Məsələnin ən maraqlı tərəfi də məhz növbəti görüşlə bağlıdır. Çünki Ş.Mişel qeyd edib ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyişlərə nail olmaq üçün əsaslı fəaliyyəti gücləndirmək barədə də razılıq mövcuddur: “Həmçinin, xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimat verilib” “.

Analitikin sözlərinə görə, belə anlaşılır ki, Ş.Mişel Brüssel prosesində ümid bəslənilən irəliləyişin hələ baş vermədiyini dolayısı ilə etiraf edir:

“Eyni zamanda, Avropa Birliyi Şurasının rəhbəri növbəti Brüssel görüşündə daha konkret nəticələrin əldə olunmasında birbaşa maraqlıdır. Və bunu müzakirə masasına müəyyən sənədlərin çıxarılması ilə sübuta yetirməyə çalşır.
Ona görə də, Ş.Mişel Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin hazırlanmasının vacibliyini qabardır. Eyni zamanda, vurğulayır ki, artıq hər iki qonşu dövlətin liderləri öz ölkələrinin xarici işlər nazirlərinə bir ay ərzində görüşərək, yekun sülh sazişinin mətn layihəsini hazırlamağı tapşırıblar. Və bu, Brüssel prosesi üçün kifayət qədər ciddi irəliləyiş hesab oluna bilər.
Hər halda, nəhayət ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni üzərində işlənməyə başlanılacaq. Ən əsasısa, Ş.Mişel bu prosesin Brüsseldə keçiriləcək liderlərin noyabr görüşünə qədər yekynlaşdılmasına ümid bəsləyir. Əgər, buna nail olunarsa, Avropa Birliyi Şurasının rəhbəri Ş.Mişel Cənubi Qafqazdakı sülh danışıqları prosesində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyini əhəmiyyətdən salmağı bacarmış olacaq.
Şübhəsiz ki, rəsmi Bakı bundan məmnundur. Azərbaycan tərəfi Cənubi Qafqazda geopolitik, geostrateji və geoiqtisadi proseslərin sürətlənib, uğur qazanması baxınmından Ermənistanla sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır. Bunun Avropa Birliyi Şurasının və yaxıd Rusiyanın vasitəçiliyi ilə baş verəcəyi isə rəsmi Bakı üçün prinsipial əhəmiyyət daşımır.
Bu baxımdan, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sonuncu Brüssel görüşü ilə bağlı müsbət fikirlər bildirməsi tamamilə başadüşüləndir: “Biz Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin və onun komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi, dövlətlərarası münasibətlərin normallaşdırılması üzrə danışıqlardakı vasitəçi rolunu yüksək qiymətləndiririk”.
Göründüyü kimi, Brüssel görüşünün rəsmi Bakının maraqları çərçivəsində keçdiyini düşünmək üçün kifayət qədər ciddi səbəblər mövcuddur. Xüsusilə də, prosesin yekun sülh sazişinin mətninin hazırlanması mərhələsinə keçmək üzrə olması Azərbaycan tərəfini tamamilə qane edir. Çünki, yekun sülh sazişi Ermənistan tərəfindən Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün rəsmən tanınması anlamı daşıyacaq.
Deməli, rəsmi İrəvan həmin sənədi imzalamaqdan əvvəl Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalan Ermənistan silahlı birləşmələrini tamamilə çıxartmalı olacaq. Buna paralel olaraq, Xankəndi və ətraf bölgədəki erməni silahlı separatçı-terrorçu dəstələrin tərksilah edilməsi də qaçılmazdır. Yəni, yekun sülh sazişinin imzalanmasından öncə Xankəndi və ətraf bölgə üzərində Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi lazımdır”.

Yeganə

Previous Post

Avropa Birliyi-Rusiya rəqabətində Azərbaycan tək və mütləq qalib olmaq şansı qazanır…

Next Post

Polis “Berdzor” lövhəsini sındıranları niyə həbs etdi? – Video

Bənzər yazılar

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Elchi.az - ın məlumatına görə, bu barədə İsrailin Baş...

Katz: Ölkəyə “ağır bir zərbə” endiriləcək

Katz: Ölkəyə “ağır bir zərbə” endiriləcək

03 Avqust 2026 - 10:47

İsrail müdafiə naziri İsrail Katz, İranın İsrailə hücum edəcəyi təqdirdə ona "ağır zərbə" endirəcəyi ilə hədələdi. Elchi.az xəbər verir ki, İsrailin 14-cü...

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

Fon der Leyen İspaniyadakı miqrasiya böhranı ilə bağlı sərt bəyanat verib

Fon der Leyen İspaniyadakı miqrasiya böhranı ilə bağlı sərt bəyanat verib

31 İyul 2026 - 19:00

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen miqrantların İspaniyanın Seuta eksklavından dərhal çıxarılmasını tələb edib. Elchi.az xəbər verir ki,...

Next Post
Azərbaycanlılar Laçında – Video

Polis "Berdzor" lövhəsini sındıranları niyə həbs etdi? - Video

Azərbaycanlılar Laçında – Video

Polis "Berdzor" lövhəsini sındıranları niyə həbs etdi? - Video

Son xəbərlər

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

“Orhus” – “Sabah” matçının heyətləri açıqlandı

05 Avqust 2026 - 19:28
Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

Martinez “Aston Villa” ilə bağlı qərarını verdi

05 Avqust 2026 - 19:19
Salyanda yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb

05 Avqust 2026 - 19:11
Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək

Metropoliten: İcra olunan layihələr ictimai nəqliyyatın daha səmərəli təşkilinə təkan verəcək

05 Avqust 2026 - 18:57
Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

Bəxtiyar Məmmədov: Gələcəkdə metroda hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq

05 Avqust 2026 - 18:45
Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40
Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

Bakı Metropoliteni: “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında tunellərin tikintisi daha tez başa çata bilər

05 Avqust 2026 - 18:36
İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

İranla münaqişə “El Al” aviaşirkətinə 55 milyon dollar zərər vurub

05 Avqust 2026 - 18:23
“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik

05 Avqust 2026 - 18:13
“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

“Kəpəz” qapıçısı ilə müqaviləni yenilədi

05 Avqust 2026 - 17:59
ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

ABŞ-İran razılaşması: Avqustun 7-dək nəticə olmaya bilər

05 Avqust 2026 - 17:46
Abbas Əraqçi Pakistana səfər edəcək

Abbas Əraqçi Pakistana səfər edəcək

05 Avqust 2026 - 17:40
Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

05 Avqust 2026 - 17:33
Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Bakıda 24 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

05 Avqust 2026 - 17:25
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust 2026 - 17:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.