"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib

29 Noyabr 2025 - 16:30
in MƏDƏNİYYƏT
FacebookVatsap

23 ölkənin mədəniyyətini bir araya gətirən tədbirdə müxtəlif ölkələrin səfirləri də iştirak edib

Bunu da oxuyun

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

Elchi.az xəbər verir ki, noyabrın 28-də Azərbaycan Tibb Universitetində “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib.

Bildirilib ki, müxtəlif ölkələrdən olan tələbələrin bir araya gələrək, adət-ənənələrini və özünəməxsus bacarıqlarını paylaşdıqları festivalda fərqli mədəniyyətlər təqdim olunub. Festivalda Liviya, Fələstin, Sudan, Özbəkistan, Misir, Türkiyə, Pakistan, Belarus və Mərakeşin ölkəmizdəkisəfirləri, eləcə də İraq və Kolumbiya səfirliklərinin nümayəndələri iştirak ediblər.
Festivalın açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqları ürəkdən salamlayaraq ATU-nun keçdiyi sərəfli inkişaf yolundan, universitetin mühüm nailiyyətlərindən və bu il təntənə ilə qeyd olunan 95 illik yubileyindən bəhs edib.
Rektor qeyd edib ki, bu gün baş tutan beynəlxalq festival müxtəlif ölkələrin mədəniyyətlərini, adət-ənənələrini öyrənmək məqsədini daşıyır. O, qeyd edib ki, bu tədbir ölkələrarası əlaqələrin genişləndirilməsinə böyük töhvə verəcək. Professor Gəray Gəraybəyli diqqətə çatdırıb ki, ATU-da beynəlxalq münasibətlərin inkişafı hər zaman diqqət mərkəzində olub: “Universitetimizdə əcnəbi məzunların ilk buraxılışı 1969-cu ildə baş tutub. Bu o deməkdir ki, ilk beynəlxalq tələbə qəbulu 1963-cü ildə – düz 62 il əvvəl keçirilib. Bu gün ATU-da 53 dövlətin vətəndaşı olan 2600 tələbə ən yüksək səviyyədə təhsil alır. Bu rəqəm Universitetimizin beynəlxalq arenada olan nüfuzunungöstəricisidir”.
Rektor müasir dünyada multikulturalizm və mədəniyyətlərarası dialoqun rolundan danışaraq, ATU-da təhsil alan əcnəbi tələbələrin universitetin həyatına olan töhfə və uğurları haqqında məlumat verib.
Bugünkü konsertdə 23 ölkənin nümayəndələrinin öz istedadını nümayiş etdirəcəyini vurğulayan rektor qeyd edib ki, bü cür beynəlxalq miqyaslı tədbirlər müxtəlif ölkələrdən olan tələbələr arasında dostluq əlaqələni inkişaf etdirir və eyni zamanda yerli və əcnəbi tələbələr arasında mədəniyyət körpüsü rolunu oynayır.
Professor Gəray Gəraybəyli həmçinin festival çərçivəsində təşkil olunan BMT Dayanıqlı İnkisaf Məqsədlərinə həsr olunan faydalı sessiyalar haqqında danışıb.
Festivalda Mərakeş Krallığının səfiri Mohamed Adil Ambarch da təbrik nitqi ilə çıxış edib.
Dayanıqlı inkişaf məqsədlərinə həsr olunan sessiyada tələbə festivalının əhəmiyyətindən və əsas məqsədlərindən söz açan ATU-nun Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva xatırladıb ki, bu məqsədlər 2015-ci ildə BMT Baş Assambleyası tərəfindən hazırlanmış və “Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi” adlı qətnamədə təqdim edilmiş sənədin bir hissəsidir. Bu gündəlikdə 17 qlobal məqsəd və 169 konkret hədəf yer alır. Dayanıqlı İnkişaf Məqsədləri bütün ölkələr üçün fəaliyyət çağırışıdır. Onlar insanların rifahını yaxşılaşdırmağı və planetimizin qorunmasını təmin etməyi hədəfləyir.
İlk sessiyada sosial və ekoloji dayanıqlılıq mövzuları müzakirə olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi Humay Əhmədbəyli “Yoxsulluğa son”, Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları Departamentinin sədr müavini Emin Əliyev “Aclığa son”, Bakı Dövlət Universitetinin keyfiyyətin təminatı üzrə rektor müşaviri Asiman İlyasov isə “Keyfiyyətli təhsil” mövzusunda çıxış ediblər.
Festival çərçivəsində konfransın ikinci sessiyasında iqtisadi və texnoloji dayanıqlılıq məsələləri diqqət mərkəzində olub. Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Enerji sisteminin perspektiv inkişafı şöbəsinin rəisi, texnika elmləri doktoru, professor Valeh Nəsibov “Sərfəli və təmiz enerji”, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli “Sənaye, innovasiya və infrastruktur”, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan isə “Bərabərsizliyin azaldılması” mövzusunda məruzə ilə çıxış edib.
Sonuncu – dayanıqlı inkişaf və tərəfdaşlıq mövzusuna həsr olunmuş sessiyaya ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev moderatorluq edib. Azərbaycan Prezidentinin Administrasiyasının Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov “İqlim dəyişikliyinə qarşı mübarizə”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova “Torpaq ekosisteminin mühafizəsi”, politoloq və millət vəkili Rasim Musabəyov isə “Sülh, ədalət və səmərəli institutlar” mövzusunda təqdimatlarla çıxış ediblər.
Sonra festival iştirakçıları 23 ölkənin mədəniyyətini özündə əks etdirən guşələrə baş çəkiblər. Müxtəlif xalqların ənənəvi rəqsləri, musiqisi və milli geyimlərindən zövq alan, fərqli ölkələrin mətbəxinə məxsus yeməklərin dadına baxan festival iştirakçılarısənət və sənətkarlıq sərgilərini də maraqla izləyiblər. Həmçinin əl işləri və etnik eksponatlarla tanış olaraq, əyləncəli və interaktiv sessiyalar vasitəsilə müxtəlif mədəniyyətləri daha yaxından öyrəniblər.
Mədəniyyətlərarası Tələbə Festivalı qala konsertlə yekunlaşacaq.

ATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilibATU-da Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib
Previous Post

Orban: Ukrayna münaqişəsində zaman Rusiyanın tərəfindədir

Next Post

Ukrayna Rusiyanın Qara dənizdə iki tankerini vurduğunu açıqlayıb

Bənzər yazılar

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026 - 13:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. Elchi.az...

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

17 İyul 2026 - 18:55

Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub....

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

16 İyul 2026 - 17:11

Bu gün tədqiqatçı və jurnalist, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitabının təqdimat...

Flora Kərimovanın səhhəti pisləşdi

Flora Kərimovanın səhhəti pisləşdi

16 İyul 2026 - 12:46

Bu gün səhər saatlarında xalq artisti Flora Kərimovanın səhhəti pisləşib. Elchi.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni üçün Təcili Tibbi...

Next Post
Ukrayna Rusiyanın Qara dənizdə iki tankerini vurduğunu açıqlayıb

Ukrayna Rusiyanın Qara dənizdə iki tankerini vurduğunu açıqlayıb

Azərbaycanda gübrə istehsalı artıb

Azərbaycanda gübrə istehsalı artıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb

Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınıb

18 İyul 2026 - 19:05
İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

İranlı hərbi mənbə: ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

18 İyul 2026 - 18:51
Mamdani: Netanyahu Nyu-Yorka səfər edərsə, həbs olunmalıdır

Mamdani: Netanyahu Nyu-Yorka səfər edərsə, həbs olunmalıdır

18 İyul 2026 - 18:35
Türkiyədə meşə yanğınları başlayıb

Türkiyədə meşə yanğınları başlayıb

18 İyul 2026 - 17:56
“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib

“Neftçi”nin “Dinamo” ilə oyunlar üçün heyəti müəyyənləşib

18 İyul 2026 - 17:38
Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

Rusiyada istirahət mərkəzində 80 nəfər zəhərlənib, 21-i uşaqdır

18 İyul 2026 - 17:20
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib

18 İyul 2026 - 17:09
FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

FHN çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirib – FOTO

18 İyul 2026 - 16:54
İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

İran ABŞ-la İslamabad memorandumu çərçivəsində öhdəliklərinin icrasını dayandırıb

18 İyul 2026 - 16:37
Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

18 İyul 2026 - 16:29
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub

18 İyul 2026 - 16:00
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var

İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 50 nəfər ölüb, 500-dən çox yaralı var

18 İyul 2026 - 15:48
DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli

DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli

18 İyul 2026 - 15:31
FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

FT: Zelenski Ukrayna ordusunun Baş Komandanı Sırskinin istefasını nəzərdən keçirir

18 İyul 2026 - 15:12
Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub

Son həftədə Moskva istiqamətində 1892 dron hərəkət edib, 207-si şəhərə yaxınlaşarkən vurulub

18 İyul 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.