Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristersson İsveçin baş naziri postundan getdiyini bəyan edib.
Elchi.az xəbər verir ki, o, istefa xahişi ilə parlamentin spikerinə müraciət edib.
“İndi spiker yeni hökumətin formalaşdırılması üzrə növbəti addımlara rəhbərlik etməlidir”, — deyə Kristersson “X” sosial şəbəkəsində dərc etdiyi məktubunda yazıb.
Sentyabrın 13-də keçirilən seçkilərdə müxalif sol-mərkəzçi blok (İsveç Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya, Ətraf Mühitin Mühafizəsi Partiyası, Mərkəz Partiyası) hakim sağ-liberal alyansın partiyaları (Mötədil Koalisiya Partiyası, “Liberallar” partiyası, “Xristian Demokratlar”, “İsveç Demokratları”) üzərində az fərqlə — 48,9%-ə qarşı 49,5% səslə qalib gələrək 173 маndata qarşı 176 маndat əldə edib.
Məryəm





















