Azərbaycan və Ermənistan arasında atəşkəs rejimini ABŞ təmin etməyib.
Elchi.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya atəşkəs rejimini ABŞ-ın təmin etməsilə bağlı açıqlaması yalandır. Atəşkəs rejiminin təmin olunmasında ABŞ-ın hər hansı xüsusi rolu olmayıb.
Sentyabrın 13-də Rusiya tərəfinin təşəbbüsü ilə atəşkəslə bağlı razılıq əldə olunub. Amma Ermənistanın hücumlarını davam etdirdiyinə görə bunu təmin etmək mümkün olmayıb.
Bundan sonra tərəflərin birbaşa təmasları vasitəsilə atəşkəs təmin edilib.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya atəşkəs rejimini ABŞ təmin etməsilə bağlı açıqlaması ABŞ-a yaltaqlıqdan başqa bir şey deyildir.
Prezident İlham Əliyev Çin liderini təbrik edib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab...






















Son şərhlər