Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 şəhər rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.
Bakı şəhərində 8 rayon üzrə 15 yer ayrılıb.
– Binəqədi rayonu “İmam Əli məscidi”,
– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “MirMövsüm ağa Ziyarətgahı”,
– Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
– Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi,
– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı məscidi, “İmam Rza” məscidi
– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
– Suraxanı rayonu “Qaracuxur məscidi”,
– Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli”, “Hacı Cavad” məscidi.
Regionlara gəlincə aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:
– Gəncə şəhəri “İmamzadə kompleksi”,
– Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi,
– Mingəçevir şəhəri “Heydər məscidi”,
– Sumqayıt şəhər “Cümə” məscidi,
– Şəki şəhəri “İmam Əli” məscidi,
– Mərkəzi Qan bankının Şırvan bölməsi,
– Ağcabədi Rayon Mərkəzi xəstəxanası,
– Beyləqan Rayon Mərkəzi xəstəxanası,
– Bərdə rayonu “Bərdə İmamzadəsi”,
– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim evi),
– Cəlilabad Rayon Mərkəzi xəstəxanası,
– Göyçayda “Əbülfəzlil Abbas” məscidi,
– Xaçmaz şəhər məscidi,
– Salyan Hacı Tağı məscidi
– Ağsu rayon mərkəzi xəstəxanası,
– Qan bankının Quba bölgəsi,
– Masallı şəhər Cümə məscidi.
Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.