"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Arvadı və qızı intihar edən ailənin başçısı danışdı

14 Avqust 2014 - 01:56
in Kateqoriyasız
FacebookVatsap

Asəf Fərzəliyev: “Qızım üzü üstə düşdüyündən sifəti əzilmişdi; yoldaşımın qolu və ayağı qırılmışdı; img1617452ancaq yerdə qan izi yox idi”

Bunu da oxuyun

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Avqustun 12-də baş verən dəhşətli intihar hadisəsi ilə bağlı müəmmalar mətbuatın gündəmindədir.

Yasamal rayonunda özlərini yaşadıqları binanın doqquzuncu mərtəbəsindən ataraq intihar etdiyi söylənən 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyevanın faciəvi şəkildə ölməsi, hadisənin bəzi detalları insanlarda şübhələrə yol açıb.
İntihar hadisəsi baş verən zaman evdə 3 nəfər ailə üzvünün olması və mərhumların yıxıldığı yerdə qan izinin olmaması hadisənin intihar deyil, qətl olması ilə bağlı qorxunc ehtimalların səslənməsinə də səbəb olub.
Yeni Yasamal 2, bina 10 ünvanında baş verən hadisənin təfərrüatlarını öyrənmək,
yayılan söz-söhbətə aydınlıq gətirmək üçün bu gün yenidən hadisə yerinə baş çəkdik, intihar edən şəxslərin ailə üzvləri ilə danışdıq.
Ailə başçısının sözlərində təzadlı faktlar
Fərziyevlər ailəsinin yaşadığı binanın yaxınlığında yerləşən mərasim evində mərhum ana və qızının yas mərasimi keçirilir. Ailə başçısı Asəf Fərzəliyev jurnalist olduğumuzu biləndə əvvəlcə bu haqda danışmaq istəmir.
Ancaq yaranan şübhələrə aydınlıq gətirmək üçün baş verənləri izah etmək məcburiyyətində qalır: “Səhər saat təxminən 08:30 olardı. Evdə 5 nəfər idik. Qızım, yoldaşım, oğlum, qaynım və mən. İtkin düşmüş qızımı polisə axtarışa  vermək üçün yoldaşımdan onun şəklini gətirməsini istədim. Qızım Aytacla yoldaşım qonşu otağa keçdilər. Aradan bir qədər keçəndən sonra oğluma dedim ki, get anandan şəkilləri al, apar surətini çıxartdır, polisə verək. Oğlum anasını otaqda tapa bilməyib, daha sonra pəncərədən aşağı baxanda görüb ki, hər ikisi yerdə qalıblar. Pilləkənlərdən aşağı düşə-düşə təcili yardıma zəng elədim. Yoldaşım arxası üstə, qızım isə üzü üstə yerə düşmüşdülər. Biz çatanda artıq keçinmişdilər” .
Bu yerdə qeyd edək ki, Asəf Fərzəliyevin dedikləri ilə mətbuatda gedən xəbərlər arasında təzadlar var.
Lent.az saytı yazır: ” İntihar edən K.Abbasovanın 14 yaşlı qızı Aytən Fərzəliyeva 4 gün əvvəl itkin düşüb. Qadın 14 yaşlı qızının evdən çıxıb bir daha geri qayıtmaması barədə 2 gün əvvəl polisə müraciət edibmiş”.
A.Fərziyev isə, hadisə baş verən gün polisə müraciət etmək istədiklərini deyir. Buradan belə nəticə çıxır ki, polis iki gün ərzində itkin düşmüş qızı fotosu olmadan axtarırmış.
Niyə qan izi olmayıb?
Mərhumun həyat yoldaşı, iki nəfərin doqquzuncu mərtəbədən düşərək öldüyü yerdə niyə qan izinin olmaması sualına belə cavab verir: “Qızım üzü üstə düşdüyündən sifəti əzilmişdi. Yoldaşımın qolu və ayağı qırılmışdı. Ancaq yerdə qan izi yox idi. Tibbi ekspertiza da təsdiqlədi ki, onlara heç kim toxunmayıb, heç bir kənar zədə olmayıb.”
Bəzi saytlar birinci Kifayət Abbasovanın, sonra isə qızının intihar etdiyini, bəziləri isə əksinə birinci qızın özünü atdığını yazırlar. Ancaq bunun həqiqətdə necə olduğundan ailə başçısı Asəf Fərzəliyev də xəbərsizdir. Bu məsələdə tibbi ekspertiza aparan həkimlər də bir nəticəyə gələ bilməyiblər.
A.Fərzəliyev deyir ki, hadisə baş verən zaman qonşu otaqda olublar, ancaq heç bir səs və ya qışqırıq eşitməyiblər. Ailənin böyük qızı Aytac Fərzəliyevanın yazdığı məktub da bu məsləyə aydınlıq gətirə bilməyib.
İntihardan əvvəlki ailə 
Ailə başçısı deyir ki, səhər tezdən hamımız yığışıb qızı necə tapacağımız haqqında danışırdıq: “Qızıma görə narahat olsaq da, yoldaşımla aramda heç bir narazılıq, münaqişə yox idi, əksinə çox fikir elədiyini görüb ona ürək-dirək verirdik. Neçə gün idi ki, gözünə yuxu getmirdi. Deyirdim ki, hamının qızı qaça bilər, buna görə bu qədər özünü üzmə, harada olsa tapılar”.
A. Fərzəliyev deyir ki, kasıb olsalar da, mehriban ailə olublar. Uşaqlar bir-birinə həddən artıq bağlı olub. Nə ailədə, nə də qohum- əqrəba arasında heç vaxt narazılıq yaşanmayıb. Qonşularla da normal münasibətləri olub.
Qonşular nə deyir?
Yas mərasimində mərhumun qonşuları da iştirak edir. Onlardan heç biri intihar anını görməyib. Binanın ikinci mərtəbəsində yaşayan qonşu deyir ki, nəyinsə tappıltı ilə aşağı düşdüyünü eşitdik: “Binanın arxasına həmişə zibil atırdılar.Elə bildik yenə də iri zibil torbasıdır. Bu səsə eyvana çıxdıq və gördük ki, ana və qızı yerdədir. Mən Asəfdən də qabaq düşdüm həyətə. Gördüm ki, mərhumlar hərəkətsiz halda qalıblar.  Artıq gec idi, keçinmişdilər. Biz də təəccübləndik ki, necə olub ki, cəsədlərdə heç bir qan izi olmayıb”.
Qeyd edək ki, hadisə baş verən gün Asəf Fərzəliyev Yasamal rayonu 29-cu polis bölməsində və Yasamal rayon prokurorluğunda dindirilib.
Nərgiz Liftiyeva

 

Tags: HADİSƏ MANŞET
Previous Post

Arvadı və qızı intihar edən ailənin başçısı danışdı

Next Post

Terrorçuların tabor komandiri Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Bənzər yazılar

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44

"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub. Elchi.az  Peşəkar Futbol Liqasına istinadən...

Next Post

Terrorçuların tabor komandiri Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Terrorçuların tabor komandiri Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.