“Artsax əmin olmalıdır ki, Ermənistanda xalqın əksəriyyəti onun yanındadır və pafoslu kommunistlərin Artsaxı satmaq planı iflasa uğrayacaq”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Avetik İşxanyan şəxsi Feysbuk səhifəsində yazıb.
“Artsaxsız Ermənistan yoxdur”
“Sabah-oktyabrın 30-da Artsaxın paytaxtı Stepanakertdə Artsaxın müstəqilliyinə dəstək aksiyası keçiriləcək. Ermənistan müxalifətçilərinin bu barədə nə düşündüklərini bilmirəm. Hələlik heç bir elan yoxdur. Əminəm ki, Ermənistandakı insanlar Artsaxdakı soydaşlarımızla həmrəylik göstərməklə eyni vaxtda ayağa qalxmalıdırlar. Artsax əmin olmalıdır ki, Ermənistanda xalqın əksəriyyəti onun yanındadır və pafoslu kommunistlərin Artsaxı satmaq planı iflasa uğrayacaq. Və nəhayət, bir daha anlayaq: Artsaxsız Ermənistan yoxdur”.
Yeganə