"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Arif Yunus: “MTN-də gördüm ki, artıq dəli oluram…”

13 Noyabr 2015 - 20:35
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Arif Yunus: “MTN-də gördüm ki, artıq dəli oluram...”
Arif Yunus barəsindəki bugünkü məhkəmə qərarından sonra jurnalistlərə açıqlama verib.
Virtualaz.org xəbər verir ki, Arif Yunus noyabrın 6-dan aclıq aksiyası keçirdiyini və dərmanların qəbulundan imtina etdiyini deyib.
Hüquq müdafiəçisi həyat yoldaşı Leyla Yunusun da tezliklə azadlığa çıxmasını arzuladığını bildirdi:
-Hipertoniyaya qarşı Almaniyadan gətirilmiş xüsusi dərmanlar qəbul edirdim. Əsas tələbim isə həyat yoldaşıma qarşı işgəncələrə son qoyulmasıdır. Yaşlı qadındır, dekabrın 21-də 60 yaşı tamam olacaq, özü də xəstədir. Son illərdə Leylanın üzərində altı dəfə cərrahiyyə əməliyyatı aparılıb, diabetdən əziyyət çəkir. Leyla xanımı indi hansısa yaxşı bir xəstəxanaya aparıb orada müalicə etsələr də buna baxmayaraq ən azı üç il ərzində vəziyyəti ağır olaraq qalacaq. Gözündə problemləri var, kor da ola bilər. Mənim aclıq etməkdə də tələbim o idi ki, Leyla xanım mütləq azadlığa çıxsın. Mən III qrup hipertonikəm. Dünən xəstəxanada hipertonik kriz keçirdim, təzyiqim 234-ə qalxmışdı, səhərə qədər yata bilmədim. Hipertoniya elə bir xəstəlikdir ki, mən infarktdan bu gün də ölə bilərəm, 10 ildən sonra da.
Leyla xanımın vəziyyəti isə məndən dəfələrlə pisdir. Azərbaycanda tez-tez milli dəyərlərdən, humanistlikdən danışırlar. Burada söhbət yaşlı, xəstə qadının həbsdə saxlanılmasından gedir. O, mütləq azadlığa buraxılmalıdır. Çünki o, ağır xəstədir.
-Tələbiniz yerinə yetirilmədi. Bundan sonra hansı addımı atmaq fikrindəsiniz?
-Mənim bir silahım var – mənim dilim. Mən susan deyiləm.
-Leyla xanım qərarı necə qarşıladı? Məhkəmə zalında eyni kabinədə idiniz. Yəqin ki, qərar elan olunandan sonra bu barədə qısaca da olsa söhbət eləmək imkanınız oldu…
-Leyla xanım məhkəmə zalına gətirilən ilk dəqiqədən ağlayırdı. Çünki inanmır ki, onu azadlığa buraxacaqlar. Məsələ burasındadır ki, onu aldadıb qadın koloniyasına aparmaq istəyirlər. Orada isə vəziyyət həddən artıq pisdir. Leyla xanım özü də dediyim kimi, xəstədir. Yəni söhbət onun faktiki olaraq ölümündən gedir. Hətta bu gün onu Almaniyada ən yaxşı xəstəxanaya aparsalar belə onun özünə gəlməsi üçün 3 il vaxt lazım olacaq. Bir adam ki Hepatit C, şəkərli diabet, böyrək daşı kimi xəstəliklərdən əziyyət çəkir, üzərində son bir neçə ildə 6 dəfə cərrahiyyə əməliyyatı aparılıb, onun orqanizminin yarısı yoxdur. Onu cəzaçəkmə müəssisəsinə göndərməklə faktiki ölümə göndərirlər. Belə vəziyyətdə mən susmalıyam? Onda mən nə kişiyəm bundan sonra?! Əlbəttə ki, susmayacağam. Aclığa başlayanda da dedim ki, 37 il bu xanımla yaşamışam, mən onu satan deyiləm ki, məni azadlığa buraxıb onu ölümə göndərsinlər. Hətta dedim ki, əksinə olsun, onu buraxsınlar, məni göndərsinlər cəzaçəkmə müəssisəsinə. Mən bunu istəyirdim. Əgər biz azərbaycanlıyıqsa və İslamdan, dəyərlərdən danışırıqsa, ilk növbədə qadınlara hörmətlə yanaşmalıyıq. Özü də burada söhbət cavan qadından getmir, 60 yaşlı xəstə qadından gedir.
-Sizə qarşı ittihamlar, barənizdəki hökm barədə nə düşünürsünüz?
-Mən həbsdən sonra onların suallarına cavab verməmişəm, heç bir sənədi imzalamamışam. Hətta məxfi xarakterli sənədi də imzalamamışam. Yanıma gəlib soruşanda ki niyə imzalamırsan, dedim əgər biz Almaniyada olsaydıq, normal məhkəmə sistemi olsaydı, bütün suallara cavab verərdim. Amma mən bilirəm ki, sifarişlə həbs olunmuşuq. Onu da gözəl bilirəm ki, müstəntiq olaraq sən heç bir rol oynamırsan, Yaqub Məmmədovun sözü olmasın, sən “peşkasan”, sənə “həbs elə” deyiblər, sən də həbs eləyirsən.
Bizə qarşı bütün ittihamları “Azərbaycan”, “Səs” qəzetlərindən götürüblər. O qəzetlər məndə də var. Xaricdə tələbələr qarşısında çıxış edəndə həmin qəzetlərdə bizim barəmizdə yazılan yazıları göstərirdim. Yazırdılar ki, Leyla Yunus, Arif Yunus ermənilərə satılıb. Müstəntiqə dedim ki, siz də o yazıları götürüb ittiham düzəltmisiniz, mənbəni də göstərməmisiniz. Demokratik ölkədə o qəzetlər sizi məhkəməyə verərdi ki, onların məlumatını götürmüsünüz. Bu, istintaq deyil, sifarişdir. Ondan sonra hər şey kəsildi. Bir-iki dəfə də gəldilər. Mən dedim ki, qol çəkmirəm.
-MTH-də sizə fiziki təzyiq olubmu, işgəncə verilibmi?
-MTH-in təcridxanası bilirsinizmi necə bir yerdir? Mənim xəbərim yox idi ki, dünyada nə var, nə yox. Həyat yoldaşımın vəziyyətindən, qızımdan xəbərim yox idi. Adama ən çox pis təsir edən də budur. Gündüzlər fikir bir az dağılır, amma axşamlar lap çətin olur. Adam fikirləşəndə ki mənim yoldaşımın vəziyyəti necədir, onda dəhşətə gəlirsən. Düşünürsən ki, sən nə kişisən, yoldaşını müdafiə edə bilmirsən. Onda təzyiqim qalxmağa başladı. Gördüm ki, artıq dəli oluram. Fikirləşdim ki, belə olmaz, nəsə etməliyəm. Bilirsinizmi MTN kimin üçün nisbətən asandır? Dindarlar üçün. Onlar hesab edirlər ki, burada çəkdikləri əzab Allah yolundadır. Axı mən onlar kimi deyiləm… Xüsusən də nəzərə almaq lazımdır ki, mən aliməm, həmişə nəsə yazmalıyam. Yazmayanda mənim üçün çətin olur.
-Barənizdə çıxarılmış məhkəmə hökmü barədə nə demək istəyirsiniz?
-Mən əvvəldən də dediyim kimi, bu, sifarişdir. Bizim heç bir günahımız yoxdur. İttihamlar da saxta xarakter daşıyırdı. Məni indi həbsdən buraxanda iltizama qol çəkdirdilər ki, Bakıdan kənara çıxmaq olmaz. Yeri gəlmişkən, məni bilirsinizmi necə həbs eləmişdilər? Polis bölməsində yazıblar ki, guya mən Bakının rayon sərhədlərini pozmuşam. Soruşdum ki, nə rayon. Sən demə, Yasamal rayonundan Səbayel rayonuna getməyimi nəzərdə tuturlar. Mən indi çörək almaq üçün ərazi baxımından başqa rayondakı mağazaya gedirəmsə, deməli, sərhədi keçirəm? Bu nə deməkdir? Onda bir post da qurun, adamlardan vergi yığın da. Dedim ki, əgər yazmağı bacarmırsınızsa, onda verin mən yazım.
Previous Post

Arif Yunus: “MTN-də gördüm ki, artıq dəli oluram…”

Next Post

Sumqayıtlılar Stalinə görə SSRİ-yə necə üsyan etmişdi…

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Sumqayıtlılar Stalinə görə SSRİ-yə necə üsyan etmişdi...

Sumqayıtlılar Stalinə görə SSRİ-yə necə üsyan etmişdi...

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.