"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sumqayıtlılar Stalinə görə SSRİ-yə necə üsyan etmişdi…

14 Noyabr 2015 - 10:30
in XƏBƏR LENTİ
FacebookVatsap

(Yaxın tarix: 1963-cü il, 7 noyabr. Sumqayıt iğtişaşları)

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

1961-ci ilin oktyabrında partiyanın XXII qurultayında Nikita Xruşşovun təklifi ilə Stalinin nəşinin mavzoleydən çıxarılması qərarı qəbul olundu.Bununla da, Stalinə qarşı 1956-cı ildən başlayan kampaniya öz apogeyinə çatdı.

Ancaq baş verənlər tamamilə gözlənilməz fenomenlə müşayiət olundu – aşağılarda (ilk növbədə fəhlələr arasında) Stalinə hörmət daha da artdı. Bu psixoloji nüansın da öz tutarlı səbəbləri vardı.

Stalinin mavzoleydən çıxarılaraq Kreml divarları yanında dəfn olunması aksiyası simvolik bir jest idi. Yəni İosif Vissarionoviçin böyük inqilabçı olması inkar edilmir (əks halda Kremlin yaxınlığında torpağa tapşırılmazdı). Amma o, artıq müqəddəslik haləsindən məhrum olunur.

Xruşşovun xeyrinə formalaşmayan müxalif şüurda isə həmin addım tamamilə fərqli formada yozulurdu: hazırkı hakimiyyətə olan neqativ münasibət, Xruşşovun volüntarizmi, emosional və yararsız “islahatlar”ı, bürokratiyanın güclənməsinin yaratdığı narazılıqlar ictimai şüurda əsl “Mani dixotomiyası” yaradırdı.

Yəni əgər Xruşşov pisdirsə, deməli, onun gözdən saldığı Stalin yaxşıdır. Əgər hakimiyyət illəri iqtisadi çətinliklərlə müşayiət olunan Xruşşov Stalini “incidirsə”, deməli, Stalin “yaxşı” olub, odur ki, o yaxşını bu pisdən qorumaq lazımdır.

Bir sözlə, Stalinə sevgi – “Xruşşova nifrət” kimi anlaşılmalıdır və Stalini tərifləmək – Xruşşovu söymək deməkdir.

Sadə adamların nəzərində Stalinin dövrünə münasibət sürətlə transformasiya olunaraq iqtisadi inkişaf, hər il qiymətlərin endirilməsi, harın bürokratlara yer tapılmayan, əməkçi insana hörmət qoyulan, qayda-qanunun olduğu, kommunizm ideyasına təmənnasız xidmət dövrü ilə assosiasiya etməyə başlayırdı. Və çap olunan çoxsaylı anti-Stalin kitablara, məqalələrə, rəsmi təbliğata baxmayaraq Stalin dövrünə nostalgiya nəinki özünə kök salırdı, hətta indi təsəvvür edəcəyimizdən də güclü idi.

“Yüksək ideallar”ın ifşasının gətirdiyi peşmançılıq özünü ifadə etmək üçün uyğun “ideoloji” material axtarırdı. Bu cür “material” roluna ən yaxın namizəd isə Stalin idi (hətta Lenin də deyildi, çünki partiya təbliğatı Lenini “özününküləşdirmişdi”, Stalin isə permanent olaraq gözdən salınırdı). Və Stalin illərinə olan apelyasiyanın sadə izahı vardı: Stalin özlüyündə nə yaxşı, nə də pisdi, o, Xruşşov rejiminə rəqib kimi aktuallaşmışdı. Yəni baş verənlər heç də liberal ziyalıların söylədiyi kimi, “Stalinin reabilitasiyası” deyildi, Xruşşovun tənqidi idi.

1963-cü ilin 7 noyabrında Sumqayıtda baş verən qarşıdurmadan sonra isə hakimiyyət aşağıların açıq mesajını aldı və qəbul etdi: 1964-cü ildə Xruşşov devriləndən sonra yeni hakimiyyət təşəbbüsü ələ alaraq kinoteatr və televiziya ekranlarına, kitab və qəzet səhifələrinə yenidən Stalini buraxdı.

Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.

O hadisələr barədə az yazılıb. Yazanlar da məqsədyönlü şəkildə onu antisovet qiyam kimi qələmə verməyə çalışır. Halbuki əsl mənzərə tamamilə fərqlidir. Həmin mənzərəni canlandırmaq üçün Rusiya Dövlət Arxivində saxlanan (və açıq mənbələrdə olan) sənədlər yardımçıdır.

Daha bir mənbə isə Sumqayıt hadisələrinin də özünə yer tapdığı və Vladimir Kozlovun yazdığı “Naməlum SSRİ. Xalqla hakimiyyətin qarşıdurması” kitabıdır (kitab sənədlər əsasında yazılıb).

***

Sumqayıt şəhərində kütləvi aksiyalar Böyük Oktyabr Sosialist İnqilabının 46-cı ildönümü günündə – 1963-cü ilin 7 noyabrında ənənəvi parad zamanı baş verir.

Əvvəlki illərdə olduğu kimi, həmin gün də səhər saat 10-da şəhərin mərkəzi meydanında zəhmətkeşlərin rəsmi nümayişi başlayır. Tribunadakı mikrofonlardan Sov.İKP-nin və onun rəhbəri Nikita Xruşşovun şəninə şüarlar səsləndirilir. Xruşşovun özü baş verənləri Mədəniyyət Sarayının divarındakı iri portretdən “seyr edirdi”.

Başlanğıcda hər şey əvvəldən müəyyən olunmuş ssenari ilə gedirdi, ancaq sonra təntənəli tədbir məcrasından çıxaraq toqquşmalara çevrilir. Səbəb sadə idi: yerli partiya rəhbərliyi stalinizmdə ittaham olunmaqdan qorxaraq bu dəfə nümayiş iştirakçılarının Stalinin portretlərini daşımasına qadağa qoymuşdu.

Bununla onlar Xruşşovun istəklərini yerinə yetirir və rəsmi kursu dəstəklədiklərini göstərirdilər, ancaq elə bu qadağa ilə də “xalq ənənəsi”nə qarşı çıxırdılar. Çünki Stalinin şəkilləri ilə nümayişə çıxmaq çoxdan vərdiş halı almışdı, üstəlik də şəkillərin çoxu portret halında yox, pencəklərin yaxasına bərkidilmiş balaca fotolar formasında olurdu. Yuxarılar portretləri qadağan etsələr də balaca şəkillərə gücləri çatmamışdı.

Baş verənlərin təhqiqatı zamanı Azərbaycan SSR-in prokuroru S.Əkbərov SSRİ Baş prokuroru Rudenkoya yazacaqdı: “Sumqayıt şəhərində 1956-cı ildən sonra da nümayişlər zamanı iştirakçılar Stalinin portretlərini daşıyırdılar. Bu cür hallar 1962-ci ilin 1 may və 7 noyabrında, habelə 1963-cü ilin 1 may nümayişində də olub. Nümayişçilər adətən Stalinin balaca portretlərini də daşıyırdılar və heç kəs onlara mane olmurdu”.

Bu dəfə isə mane olmaq qərarına gəlirlər. Stalinin xatirəsinə qarşı Stalin üsulları ilə mübarizə aparırlar – milis işçiləri və drujinaçılar nümayişçilərdən Stalinin portretlərini zorla götürmək əmri alırlar.

Saat 11:30-da, artıq nümayiş sonuna yaxınlaşanda meydanda qarışıqlıq başlanır. Mənbələrin ziddiyyətli məlumatlarına görə, qarşıdurma eyni vaxtda bir neçə yerdə müşahidə edilir.

Prokuror Əkbərovun yazılı məlumatında isə deyilir: “Qarşıdurmaya səbəb Stalinin nümayişçilərdən birinin pencəyinin yaxasındakı miniatür portreti olur. Boru-prokat zavodunun partiya komitəsinin katibi Ərşad Kərimov portreti fəhlənin yaxasından qoparmağa çalışır. Nümayişçilər ona müqavimət göstərir”.

Sov.İKP Mərkəzi Komitəsinin “7 noyabrın bayram edilməsinə dair” 10 noyabr tarixli xüsusi məlumatında isə qeyd olunur: “Nümayiş bitəndən sonra mərkəzi meydandan keçən avtomobillərdən birindən qəfildən gənc adam çıxır və Stalinin fotolarını yelləməyə başlayır. Drujinaçılar onu intizamı pozmamağa çağırır. Buna cavab olaraq 100 nəfərlik kütlə drujinaçıların üzərinə yeriyir və dava başlayır”.

Sonra nümayişçilər Xruşşovun tribunada asılmış portretinə daş atmağa başlayırlar. Haradansa Stalinin nəhəng portreti peyda olur. Su idarəsinin 24 yaşlı çilingəri, kriminal keçmişi olmayan, orta təhsilli və 2 uşaq atası Miriş Əlimirzəyevin başçılığı ilə nümayişçilər digər partiya rəhbərlərinin də portretlərini cırırlar.

Məlumatda deyilir ki, bu işdə 22 yaşlı Yaşar Mahmudov (subay, məhkumluğu olmayan, 10 illik təhsilli) və 25 yaşlı fəhlə Nikolay Şevçenko da fəallıq göstərir.

Yaşar Mahmudov milis zabitinin döyülməsində və Xruşşovun portretinin daşa basılmasında iştirak edir. Nikolay Şevçenko da milis kapitanının döyülməsinin iştirakçısı kimi göstərilir.

Sumqayıt şəhər rəhbərliyi tribunadan enərək xalqı sakitləşdirməyə çalışır, ancaq heç nəyə nail olmurlar. Partiya işçilərindən bir neçəsi döyülür.

23 yaşlı bənna Əsgər Mahmudov avtobusun damına qalxaraq nümayişçiləri “Xruşşovu devirməyə” çağırır. Şəhər milis şöbəsinin rəis müavini Kildiaşvili başda olmaqla milislər 2 nümayişçini saxlayaraq şöbəyə gətirir və bu fakt meydandakıların narazılığını daha da artırır.

Kütlə milis şöbəsini əhatəyə alır və saxlanılanların sərbəst buraxılmasını tələb edir. Kildiaşvili həmin şəxslərin artıq sərbəst buraxıldığını desə də (onlar həqiqətən buraxılmışdılar), kütlə inanmır və milis şöbəsinə hücum çəkir, ancaq saxlanılan nümayişçiləri tapmır. Şöbənin həyətində qalanlar binanın pəncərələrini daş və asfalt parçaları ilə “atəş”ə tutur. Milis motosiklləri yandırılır. 2 milis maşını da zədələnir.

Milis havaya atəş açmaqla cavab verir. Şöbədən 100-150 metr aralıda 12 yaşlı Eyvaz Eyvazovun təsadüfi güllə yarası aldığı da bildirilir. Xoşbəxtlikdən, uşağın yarası ağır olmur. Onun kim tərəfindən yaralandığı naməlum qalır.

Kütləni yalnız Bakıdan gələn milislərin köməyi ilə dağıtmaq mümkün olur. Qarışıqlıq 3 saat davam edir və qayda-qanun saat 14:30-da bərpa olunur. Stalinin lehinə, Xruşşovun əleyhinə olan bu psixozun ardı olmur, yeni eksseslər qeydə alınmır.

İstintaq Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən aparılır. Etirazların heç də əvvəldən planlaşdırılmadığı və rəhbərlərdən məhrum olduğu ortaya çıxır. 6 nəfər mühakimə olunur.

Onlara 3 ildən 6 ilədək həbs cəzası verilir, ancaq hamısı cəzalarını sonunadək çəkmədən azadlığa buraxılır…

Məmməd Süleymanov

Previous Post

Sumqayıtlılar Stalinə görə SSRİ-yə necə üsyan etmişdi…

Next Post

Baş Prokurorluğun məlumatı

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Baş Prokurorluğun məlumatı

Baş Prokurorluğun məlumatı

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.