Argentinanın iqtisadiyyat naziri Serxio Massa bildirib ki, ölkə Mərkəzi Bankın ehtiyatlarının saxlanması ilə bağlı problemlər fonunda Çindən idxalın ödənişini yuanla həyata keçirir. Elchi.az xəbər verir ki, siyasətçi tviterində ixracı 15 milyard dollar azaldığını yazıb.
“Biz Çinlə svop əməliyyatını aktivləşdiririk. Bu apreldə 1 milyard 40 milyon dolları, may ayından isə 790 milyon dolları əvəz edərək bu ölkədən idxalı yuanla ödəməyə imkan verəcək”, – Massa izah edib.
Argentina hakimiyyətinin qarşısında ölkə üçün əsas olan malların və resursların idxalını təmin etmək üçün ehtiyatların saxlanması vəzifəsi durur. Nazirin sözlərinə görə, bu cür tədbirlər ehtiyatlara daha çox təhlükəsizlik verir.
Havar Şəfiyeva