Türkiyədə yaşayan azərbaycanlı idmançı Ramil Quliyev dünya çempionu olub.
Ramil Quliyevin Londonda keçirilən dünya çempionatında qızıl medal alması Türkiyədə böyük əks-səda doğurub. Prezident, baş nazir, iş adamları, sənət adamları idmançını təbrik edirlər.
Futbolçu Arda Turan və müğənni Murat Boz da Ramili təbrik edənlər sırasına qoşulublar.
Müğənni Murat Boz Ramilin finaldakı qələbəsinin video çarxını paylaşaraq təbrikini Tvitterdəki səhifəsində yazıb: “Təbriklər Ramil Quliyev, böyük qürur”.(ölkə.az)
Futbolçu Arda Turan isə İnstaqram səhifəsində Ramilin qalib fotosunu paylaşaraq “Çempion…Yaşasın Türkiyə Azərbaycan qardaşlığı…Xeyirli cümələr”-yazıb.