Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən “Eyüpspor”u çalışdıracaq.
Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib.
Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində “Manisaspor” və “Başakşehir”, İspaniyada isə “Atletiko” (Madrid) və “Barselona” klublarının da şərəfini qoruyub.
Gültac Məmmədəliyeva dünya çempionatında 1/8 finala yüksəldi
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Elchi.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən...





















Son şərhlər