Xoşbəxt bir evlilik ürək sağlamlığına yaxşı təsir edir.
Elchi.az türk mediasına istinadən xəbər verir ki, ABŞ-ın Yale Universitetinin tədqiqatçıları ürək sağlamlığı ilə xoşbəxt evliliklər arasındakı əlaqəni araşdırıblar.
Araşdırmaya görə, xoşbəxt nikahda olan insanların ürək xəstəlikləri və ya sinə ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmə ehtimalı daha azdır. Şiddətli evlilik stressi olanların sinə ağrısı ilə üzləşmə ehtimalı 67 faiz daha çoxdur.
Qeyd olunur ki, evlilik stressi kişilərə nisbətən qadınlarda daha çox olur.
Yeganə