"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

AQTA yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələri açıqladı

27 Fevral 2020 - 15:29
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələrini açıqlayıb.

Bunu da oxuyun

Bakı ərazisində vulkan püskürüb

Anım gününün hava proqnozu açıqlanıb

FHN-in Cənub Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində təlim keçirdi – FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılmaqdadır. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunmuşdur. Xəstəliyi törədən virusun heyvan mənşəli məhsullar vasitəsi ilə yayılma ehtimalı nəzərə alınaraq vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.

Qidalanma zamanı nələrə diqqət etməli?

Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə – tərəvəzlərdə, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıqda mövcuddur.

Sadalanan bu qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən qaçınmaqla da orqanizmimizi təhlükələrdən qoruya bilərik. Həmin amillər: xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret, spirtli içki faktorlarıdır.

Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını necə almalı?

İstehlak etdiyimiz qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyaları biz görə bilmirik. Unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmləri daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli və saxlanmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

Alış-veriş zamanı nələrə diqqət etməli?

1. Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır.

2. Qablaşdırılması pozulmuş ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur.

3. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.

Qida məhsullarını necə saxlamalı?

Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.

Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün onlar etibarlı şəkildə qablaşdırılmalıdır.

Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.

AQTA yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə çağırır.

Previous Post

AQTA yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələri açıqladı

Next Post

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Bənzər yazılar

Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ Palçıq Vulkanında bu gün saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb. Elchi.az...

Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47

Sabah Azərbaycanda hava necə olacaq? Sentyabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

FHN-in Cənub Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində təlim keçirdi – FOTO

FHN-in Cənub Regional Mərkəzi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində təlim keçirdi – FOTO

26 Sentyabr 2026 - 11:23

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində “Fövqəladə hallarla bağlı...

Polis əməkdaşları itkin düşmüş kimi axtarışı aparılan 5 nəfəri taparaq aidiyyəti üzrə təhvil veriblər

Polis əməkdaşları itkin düşmüş kimi axtarışı aparılan 5 nəfəri taparaq aidiyyəti üzrə təhvil veriblər

26 Sentyabr 2026 - 10:51

Sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5...

Next Post
Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Son xəbərlər

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

26 Sentyabr 2026 - 15:58
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40
Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

26 Sentyabr 2026 - 13:49
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 2026 - 13:33
“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

26 Sentyabr 2026 - 13:13
Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00
Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22
27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.