“Biz Milli Televiziya və Radio Şurasının dəstəyi ilə aparıcılara kurslar keçəcəyik. Artıq kursların proqramı və digər məsələlər hazırdır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli deyib.
Q. Məhərrəmli nazirliklərdə aparılan yazışmaların monitorinqinin də keçiriləcəyini söyləyib: “Biz Bakının Nərimanov, Nəsimi və Səbail rayonları ərazilərindəki küçə adları, reklamlarla bağlı monitorinqlər aparmışıq. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Ölkə başçısı “Cavanşir” körpüsündən keçərkən ingilis dilində reklam görüb və dərhal həmin reklamın dəyişdirilməsini tapşırıb. Artıq Səbail rayonundakı reklamlar Azərbaycan dilindədir. Bakıda “Dom russkaya kniqa” kitab evinin adı da dəyişdirilib. “Rus kitab evi” yazılıb, altdan da rusca qarşılığı qeyd olunub. Bunu mənə Yasamal rayon İcra Hakimiyyətinin başçısı deyib”.
“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir
"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...


















Son şərhlər