"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Antikontitusion yollarla hakimiyyətə gəlmək istəyənlər Azərbaycanın düşmənləridir”

26 Oktyabr 2018 - 16:39
in aktual-banner, Banner, BannerVeteninfo, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Xalq bunların tərbiyəsiz danışıqlarını eşitdikcə iqtidardakıların ölənlərinə min dəfə rəhmət oxuyur”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

Bunu da oxuyun

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

Rutte NATO-nun zəifliyini etiraf etdi

Musavat.com həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, sosial şəbəkələrdə keçmiş cəbhəçilərin və iqtidarın sabiq təmsilçilərinin əsl müxalifət kimdir mövzusunda apardıqları debatları, qarşılıqlı ifşa və ittihamları izləmək imkanlarınız olurmu və Sizcə hansı tərəf haqlıdır?

– Bəzən partiya üzvləri tövsiyyə edəndə nəyəsə baxıram, amma mənə mətbuatda və sosial şəbəkələrdə deyilənlər və yazılanlar barədə məlumat verilir. Tərəflərin xarakterindən və tərbiyəsindən asılı olaraq, 10-15% açıq görünən böhtanlara yol verilsə də, ümumən bir-birilərini düzgün xarakterizə edirlər. Bir-birinə qardaş deyib, amma gizlincə səslərini yazıb mətbuta ötürən adamlardan bundan artıq nə gözləmək olar ki? Xalq bunların tərbiyəsiz danışıqlarını eşitdikcə iqtidardakıların ölənlərinə min dəfə rəhmət oxuyur.

– Həmin debatlar zamanı sanki yarışırmışlar kimi iqtidarın ünvanına ağır ittihamlar da irəli sürülür. Bu ittihamlara münasibətiniz necədir?

– Müxalifət ona görədir ki, iqtidarın buraxdığı səhvləri göstərsin və özünün  iqtidara daha hazırlıqlı olduğunu nümayiş etdirsin. Bunların isə hələ ki, göstərdikləri əsasən tərbiyəsiklikdir. Əlbəttə, iqtidarın fəaliyyətində ciddi çatışmamazlıqlar var və onlar ədəb-ərkan çərçivəsində deyilməli və göstərilməlidir. Hansı ki, biz bunu edirik. Artıq haqq dünyasına qovuşmuş, boğazlarını Surət Hüseynovun kəndirindən çıxarmış, Azərbaycanı dağılmaqdan qorumuş, təkidlə hakimiyyətə dəvət etdiyimiz rəhmətlik Heydər Əliyev haqqında bu adamların əxlaqsız davranışını gərəndə  insanlar dəhşətə gəlir. Heydər Əliyev iqtidarda olanda onun tənqid olunması normal idi. Hər bir iqtidarın müxalifəti olmalıdır, amma O dünyasını dəyişəndən sonra ona böyük ehtiram göstərilməlidir və xalqımız da bunu edir. Heydər Əliyev Elçibəy dünyasını dəyişəndə ona  münasibətdə bu nümunəni yaratmışdı. İlham Əliyevin siyasi fəaliyyətinə görə Heydər Əliyevin təhqir olunması isə ikiqat əxlaqsızlıqdır.

– Bu adamların kimlərsə tərəfindən idarə olunması fikrini necə qəbul edirsiniz və ölkəmizin gələcəyini necə görürsünüz?

– Söyüş söyənlərin kənardan idarə olunması açıq-aydın görünür. Bəziləri özləri barədə həm daxildə, həm də xaricdə saxta bir imic yaradıblar. Pulları var, düşünürlər ki, ölkədə həm iqtidarı, həm  müxalifəti gözdən salmaqla, Prezidentin ətrafındakı güclü figurların istefaya göndərilməsinə nail olmaqla böhran yaradılsa xaricdəki himayədarları “xalq” adı ilə onları hakimiyyətə dəvət edə bilər. Amma unudurlar ki, hər dədəsinin gözünü çıxarana Koroğlu demirlər. İndi 90-cı illər deyil. Hakimiyyətdə də kifayət qədər təcrübəli, ciddi beynəlxalq dəstəyi olan İlham Əliyevdir. Onun yanında Mehriban Əliyeva kimi ağıllı silahdaşı, hökumətdə bacarıqlı sadiq dostları, ölkədə sabitliyi və təhlükəsizliyi yüksək səviyyədə təmin edən DİN və DTX var. Xalqımız da 93-cü ilin təcrübəsindən çıxış edərək başa düşür ki, siyasi böhran yaradıb antikontitusion yollarla hakimiyyətə gəlmək istəyənlər Azərbaycanın düşmənləridir.

Ölkəmizin gələcəyi barədə isə çox nikbinəm. Əminəm ki, iqtidar siyasi və iqtisadi islahatların dərinləşdirilməsinin alternativinin olmadığının fərqindədir. Bu islahatlar zamanla həyata keçiriləcək. Ölkənin neftdən asılılığına son qoyulmalı, elm, təhsil inkişaf etdirilməli, itisadiyyat liberallaşdırılmalı, böyük özəlləşdirilməyə gedilməlidir. Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar intensivləşdirilməli, daha cəsarətli xarici siyasət yürüdülməlidir.

Previous Post

“Antikontitusion yollarla hakimiyyətə gəlmək istəyənlər Azərbaycanın düşmənləridir”

Next Post

Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Bənzər yazılar

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

Tramp Si Cinpinlə danışıqlardan sonra “möhtəşəm nəticələr” gözləyir

25 Sentyabr 2026 - 17:27

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinlə görüşü müsbət qiymətləndirib və gələcəkdə bunun əla nəticələr verəcəyini gözlədiyini bildirib. Elchi.az...

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

“Rusiyanın xeyir-duası olmadan nə Zəngəzur dəhlizi açılacaq, nə də…” – Deputatdan ŞOK proqnoz

25 Sentyabr 2026 - 17:22

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Musavat.com-un suallarını cavablandırıb. Söhbətimizin məzmunu Cənubi Qafqaz, Ukrayna böhranı və digər...

Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00

"NATO-nun Avropadakı üzv ölkələri ABŞ-ın iştirakı olmadan Yaxın Şərqdə hərbi əməliyyatlar apara bilmirlər və buna görə də Vaşinqtonun rəhbərliyinə ehtiyac...

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Next Post
Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Son xəbərlər

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.