Antarktidada tədqiqatçılar 20 qolu və “çiyələyə bənzər” forması olan yeni növ dəniz canlısı aşkar ediblər.
Elchi.az xəbər verir ki, tədqiqatçılar dərc etdikləri məqalədə forma oxşarlığına görə adını latınca “çiyələk” mənasını verən sözündən götürən “Promachocrinus fragarius” adlandırılan canlı haqqında təfərrüatlara yer veriblər.
Bildirilib ki, Antarktida sahillərində tapılan dəniz zanbağı növü olan “Promachocrinus fragarius”un 20-yə yaxın budağı var və rəngi “bənövşəyi” və “tünd qırmızı” arasında dəyişə bilər.
Yeni kəşf edilən dəniz canlısının iki fərqli qolu olduğu bildirilərkən, altındakı qolların “kobud və zolaqlı”, yuxarıdakıların isə daha “tüklü” olduğu qeyd edilib.
Bildirilib ki, “böyük” ölçülərə malik olan “Promachocrinus fragarius” okeanın 65-6500 fut (təxminən 19-1981 metr) dərinliklərində yaşayır.
Araşdırmanın təfərrüatları “Onurğasızların Sistematikası” jurnalında dərc olunub.
Şayəstə Hüseynova