Bu gün Ann Brasör ikinci müddətə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri seçilib. Bu barədə “Trend” TASS agentliyinə istinadən xəbər verir.
Parlamentarilərdən heç kim öz namizədliyini irəli sürmədiyi üçün bu posta yeganə namizəd o olub.
A.Brasör Assambleyada işinə 1993-cü ildə başlayıb. O, AŞ PA-da “Avropa uğrunda liberallar və demokratlar alyansı” qrupuna 2009-cu ildən rəhbərlik edib. 2012-ci ilin yayında Assambleya A.Brasörun Tunisdə hakimiyyətin demokratik yolla təhvil verilməsi haqqında hazırladığı qətnaməni təsdiqləyib.
AŞ PA rəhbərinin səlahiyyət müddəti bir ildir və bu müddət bir dəfə uzadıla bilər. Beləliklə, 2016-cı ilin yanvarında Assambleyaya yeni sədr seçiləcək.