"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Anar Məmmədov bu qətl üçün 500 min dollar təklif etdi…”

31 Oktyabr 2014 - 08:33
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

Nazirin oğlunun adı Türkiyə qəzetlərinin manşetində; “Hürriyet” qəzetində sensasion yazı dərc olunub; Anar img1667918Məmmədov ondan pul oğurlayan mühafizəçisini öldürtməyi sifariş verib; dərc olunan yazı “gizli əl” sayəsində “Hürriyet”dən silinib; lakin “iz” qalır…

Türkiyənin “Hürriyet” qəzeti 2013-cü il mayın 14-də Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Türkiyədəki cangüdənləri arasındakı silahlı insident haqqında yenidən yazıb. Bu haqda “Azadlıq” qəzetinin saytı Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər yayıb.

“Hürriyet” yazır ki, hadisə adi kriminal olmaqdan çıxıb: “Çünki olayın arxasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun adı peyda olub.
2013-cü il mayın 14-də Antalyada, Gənclik məhəlləsində baş verən bu qanlı hadisə Ziya Məmmədovun oğlu Azərbaycan-Amerika Alyansının, eləcə də “Garant Holding”in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında baş verib. Hadisə Anar Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı ehtiyatda olan zabit İsmayıl Gənc ilə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında yaşanıb. Mübahisə böyüyüb, hər iki tərəf silaha əl atıb. Kubilay Göl daha çevik hərəkət edərək İsmayıl Gənci yaralayıb”.
Faktla bağlı cinayət işi açılıb, 2013-cü il dekabrın 22-də Antalyadakı 4-cü Ədliyyə Hüquq Məhkəməsinə təqdim edilən iş üzrə ifadələr alınıb.
Kubilay Göl istintaqa verdiyi ifadədə bildirib ki, Anar Məmmədov onu çağıraraq İsmayıl Gənci öldürməsini istəyib, amma o, bundan imtina edib. Kubilayın bildirdiyinə görə, Anar Məmmədov bu qətl üçün ona 500 min dollar təklif edib. Anar Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Türkiyədən Azərbaycana köçürdüyü qara pullardan oğurlayırmış.
Kubilay Göl deyib ki, İsmayıl Gənci öldürməkdən imtina etsə də bir müddət sonra onunla üz-üzə gəlməli olublar: “Pul oğurluqları ilə bağlı məsələni müzakirə etmək üçün İsmayıl Gənclə Antalyadakı ”əski sənaye” deyilən yerdə görüşdük”. Tərəflərin mübahisəsi silahlı qarşıdurmaya qədər böyüyüb: “Mən vurmasam, o məni vuracaqdı”.
Kubilay Göl bildirib ki, bu mübahisəni Bakıda da yatırmaq üçün çox cəhdlər olub və işə hətta Azərbaycan Daxili İşlər Nazirliyindən olan adamlar da qarışıblar.
Kubilay Göl əvvəllər məhkum olunmayıb, Türkiyədə “özəl tim” adlanan xüsusi təyinatlı qüvvələrdə serjant olub. Sonra Anar Məmmədovun Türkiyədəki projeləri üçün xüsusi heyət topladığını eşidərək, istefa edib və onunla işləməyə başlayıb. Anar Məmmədovun mühafizə xidmətində 2 il yarım işləyib: “Mühafizənin rəisi İsmayıl Gənc idi. Gənc mühafizə xidmətindən başqa, bəzi yatırımlarla bağlı pul köçürmələrini də gerçəkləşdirirdi. Qısa zamanda milyonluq sərvət sahibi oldu. Əlbəttə, onun qısa zamanda belə varlanması patronun diqqətini çəkirdi”.
Onu da vurğulayaq ki, “Hürriyet” qəzeti bu məsələ bir neçə dəfə toxunub. 2013-cü il iyulun 17-də Yalçın Bayer köşə yazısından bu olayı belə təsvir edib: “Azərbaycan xalqı son həftələrdə nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Türkiyə vətəndaşı olan mühafizəçisinin aqibəti ilə maraqlanır. Azərbaycanlı dostların verdiyi xəbərə görə, Anar Məmmədovun həm biznes, həm də sosial həyatda yüksəlişi ictimaiyyətin diqqət mərkəzindədir. İllərdir Anar Məmmədovun mühafizəçisi olan İsmail Genç azərbaycanlı mühafizəçilərlə münaqişə edirmiş. Üç həftə öncə baş verən mübahisə də isə silahlar dilə gəlib. Genç ağır yaralanıb və xəstəxanaya aparılıb. Ancaq basqı altında olan Azərbaycan mediası bu haqda xəbər yaza bilmədi… Bu arada Anar Məmmədovun İstanbulun Çırağan sarayında milyon dollarlıq ad günü keçirdiyi və Bodrumda 40 milyon dollara ada aldığı danışılır. Nəqliyyat nazirinin oğlu olan Anar Məmmədovun miqyassız sərvəti Azərbaycanda xeyli dedi-qoduya mövzu verib”.
Anar Məmmədovla bağlı Türkiyə mediasında gedən yazıların daha bir özəlliyi isə onların qısa sonra ya təkzib edilməsi, ya da saytlarda “qeybə” çəkilməsidir. Yalçın Bayer yuxarıda bir parçasını təqdim etdiyimiz köşəsindən iki gün sonra Anar Məmmədovun vəkilinin təqdim etdiyi təkzibi köşəsinə əlavə edib. Təkzibdə Anar Məmmədov Britaniyada yüksək təhsil alan parlaq gənc kimi təqdim edilir. Anar Məmmədovun mühafizəçilərinin silahlı qarşıdurması haqqında sonuncu yazı isə bir neçə saat sonra hürriyet.com saytından çıxarılıb.
Aygün MURADXANLI

 

Previous Post

“Anar Məmmədov bu qətl üçün 500 min dollar təklif etdi…”

Next Post

Sevinc Babayeva ölümündən öncə Elşad Abdullayevlə nə danışıb?

Bənzər yazılar

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

İğtişaşlara görə Milana 500 hərbçi yönəldilib

21 Oktyabr 2026 - 17:15

Milan hakimiyyəti gənclərin iğtişaşlar törətdiyi şəhərə 500 hərbçinin göndərilməsini məmnunluqla qarşılayıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş fərmana əsasən, onlar həbs etmək...

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

“Müharibəni uduzmuruq, amma insanları itiririk” – Zelenski

21 Oktyabr 2026 - 14:00

"Ukrayna müharibəni Rusiyaya uduzmur, lakin onun tezliklə başa çatmasını müdafiə edir. Axı bu münaqişə ən qiymətli şeyə – insan həyatına...

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Next Post

Sevinc Babayeva ölümündən öncə Elşad Abdullayevlə nə danışıb?

Sevinc Babayeva ölümündən öncə Elşad Abdullayevlə nə danışıb?

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.