
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Nəsimi rayonunda yerləşən “Trump tower” otelinin yaxlığında inşa olunan yeni binada yanğın baş verib.Tikilməkdə olan binanın zirzəmisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Əməliyyat davam edir.
Qeyd edək ki, “Trump tower” otelinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədova məxsus olduğu bildirilir.
Hadisə şahidlərinin anspress-ə verdiyi məlumata görə, hadisə “Trump tower” otelində qeydə alınıb.
Əlavə məlumat veriləcək.