Amerikalı jurnalist Cekson Hinkl Ukrayna prezidenti Vladimir Zelenskini teleaparıcı Taker Karlsonu Fox News-dan işdən çıxarmaqda ittiham edib. Elchi.az xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb.
Hinkle görə, aparıcının kanalı tərk etməsinə səbəb Ukraynada baş verən hadisələrlə bağlı reportaj hazırlaması olub. “Mən etibarlı mənbədən təsdiq aldım ki, Taker Karlson Ukrayna və Zelenski ilə bağlı hər şeyin çılğınlığı barədə qorxmaz xəbərlər yaydığı üçün işdən çıxarılıb”.
Havar Şəfiyeva