Pentaqonun Ukrayna üzrə Baş Müfəttiş İdarəsinin yüksək səviyyəli nümayəndəsi birgə iş qurmaq üçün Kiyevə gəlib. Elchi.az xəbər verir ki, bu barədə rəhbərliyin saytında dərc olunan sənəddə bildirilir.
“Müdafiə Departamentinin Baş Müfəttiş İdarəsinin ölkə üzrə yüksək rütbəli nümayəndəsi hazırda Amerikanın Ukraynadakı səfirliyindədir”, – Amerika Müdafiə Nazirliyi bildirib.
Daha əvvəl bildirilib ki, Pentaqon Ukraynada Amerika yardımından istifadəyə nəzarət etmək üçün xüsusi işçi qrupu yaradıb, çünki getdikcə artan respublikaçı deputatlar bu vəsaitlərin istifadəsinə daha çox nəzarət edilməsini tələb edirlər.
Havar Şəfiyeva