Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Sakit okeanda, Yeni Zelandiya və Solomon adalarını da əhatə edən, “Alov Halqası” adlandırılan bölgədə baş verib.
Elchi.az ABŞ Geoloji Tədqiqatlar Xidmətinə (USGS)istinadən xəbər verir ki, zəlzələnin episentri Yeni Zelandiyanın şimalında yerləşən Kermadek adaları olub.
Yerin 184,2 kilometr dərinliyində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ilkin məlumatlara görə, insan tələfatı və maddi ziyan qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, Sakit okeanda yerləşən və Yeni Zelandiya ilə Solomon adalarını da əhatə edən “Alov Halqası” adlanan seysmik qırılma xəttində yerləşən ölkələr vulkan püskürmələri ilə yanaşı, tez-tez baş verən zəlzələlərlə də üzləşirlər.
Məryəm





















