Polis Almaniya üçün Alternativ (AfD) partiyasının üzvü Yörq Dornaunu Saksoniya Landtaqının (dövlət parlamenti) iclası zamanı saxlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Polis Saksoniya əyalət parlamentində Almaniya üçün Alternativ (AfD) partiyasının deputatı Yörq Dornaunu saxlayıb. Müstəntiqlər siyasətçini dindirmək üçün ayrıca otağa aparıblar”.
Qeyd olunur ki, deputatın ofisində və evində axtarışlar aparılıb. Həbslə bağlı təfərrüatlar açıqlanmayıb.
Əvvəllər Dövlət Parlamentinin Toxunulmazlıq Komitəsi Dornaunun toxunulmazlığının ləğv edilməsini tövsiyə edib.
Məryəm





















