“Düşünürəm ki, indi bu sualın cavabı bizə çox da vacib deyil. Əsas məsələ, 5 prinsip həm Ermənistan, həm də Avropa İttifaqı tərəfindən etiraz görmür. Mümkün qədər sürətli şəkildə sülh müqaviləsi imzalanmalıdır. Qısa, konkret, yığcam”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Turab Rzayev FB hesabında bildirib:
“Zəngəzurdan keçən dəmiryolu və avtomobil yolu məsələsinin taleyi necə olacaq?
Azərbaycan da, Türkiyə də bu məsələni sülh müqaviləsinə şərt kimi qoşub prosesi çətinləşdirmək istəmirlər. Ancaq Azərbaycan hökuməti bu dəhlizin açılmasını, həm də Ermənistan tərəfinin 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlik olaraq görür. Könüllü şəkildə Ermənistan tərəfindən belə bir yolun tez zamanda verilməsini istəyir. Bunu həm də sülhə pozitiv qatqı, jest kimi görür. Amma Ermənistan tərəfi könüllü və sürətli şəkildə yol təqdim etməzsə nə baş verəcək? Bu sualı hələ ki, açıq saxlayırıq. Ortada sülh müqaviləsi hazırlıqları var, necə də olsa…”.
Şayəstə