Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran və İsrail arasında münaqişənin kəskinləşməsi fonunda Tehrana aydın şəkildə bildirib ki, danışıqlar masası arxasına əyləşmək üçün hələ gec deyil.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Biz İranın nüvə proqramı ilə bağlı həll yolu ilə danışıqlara hazırıq. Bununla belə, İran dərhal hərəkətə keçməlidir… Əgər səmimi niyyətiniz varsa, danışıqlar masasına oturmaq heç vaxt gec deyil”, – deyə Almaniyanın xarici işlər naziri bildirib.
Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, Tehran ABŞ-ın İsraillə münaqişəyə istənilən hərbi müdaxiləsinə sərt cavab verəcək və İran xalqı heç vaxt təslim olmayacaq və təslim olmağa razı olmayacaq. O, qeyd edib ki, İranın tarixini bilən insanlar heç vaxt onunla təhdid dili ilə danışmaz.
Yeganə


















