Almaniyada yol qəzası keçirərək 3 ay xəstəxanada qalan 22 yaşlı Selin Yaylaya Türkiyə sahib çıxdı.
Elchi.az xəbər verir ki, Gənc qız müalicə olunmaq üçün təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilib.
Köln şəhərinin Berqheim qəsəbəsində yaşayan Selin Yayla ötən aylarda yol qəzası keçirib.
3 aydır xəstəxanada olan 22 yaşlı Selin Yaylanın ailəsi sığorta xərclərinə görə çətinlik çəkərək Köln Konsulluğuna müraciət edib.
Ailənin müraciəti üzərinə gənc qız müalicə olunmaq üçün Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilib.
Şayəstə