Almaniyada bir çox uşaq oxumağı və yazmağı tam öyrənmədən ibtidai məktəbi bitirir və hesablamağı bilmir.
Elchi.az xəbər verir ki, Təhsildə Keyfiyyətin Təkmilləşdirilməsi İnstitutunun araşdırmasına görə, keçən il ibtidai sinif şagirdlərinin təxminən 20 faizi oxuma və dinləmə üzrə minimum standarta cavab verə bilməyib.
Almaniyada bəzi uşaqların ötən il oxumağı və yazmağı tam öyrənmədən, hesablamağı bilmədən ibtidai məktəbi bitirdiyi açıqlanıb.
Hər beş şagirddən biri yazı və riyaziyyatda kifayət qədər yaxşı deyildi.
Epidemiya dövründə məktəblərdə müəllim çatışmazlığı və distant təhsil bu uğursuzluqda mühüm amillərdən idi.
Şayəstə