Frankfurt Ali Regional Məhkəməsi kosmetik əməliyyatdan sonra çəkilmiş “Əvvəl və Sonra” fotolarının sosial mediada paylaşılmasını qadağan edərək, onları ədalətsiz rəqabət hesab edib.
Elchi.az xəbər verir ki, Almaniya məhkəməsi rinoplastika əməliyyatı keçirən xəstələrin fotolarının yayımlanmasını qadağan edən qərar qəbul edib.
Almaniyada bu diqqətəlayiq qərar ədalətsiz rəqabət iddiası ilə məhkəməyə verilən şikayətlə başlayıb. Şikayət yerli məhkəmə tərəfindən rədd edildikdən sonra iş Frankfurt Ali Regional Məhkəməsinə təqdim edilib.
Frankfurt Ali Regional Məhkəməsi plastik cərrahın xəstənin rinoplastikadan sonrakı transformasiyasını sosial mediada paylaşmasını ədalətsiz rəqabət hesab edib və fotoların yayımlanmasını qadağan edib.
Şayəstə





















