Oktyabr ayının sonundan bəri Yamaykaya təsir edən Melissa qasırğasından ölənlərin sayı 45-ə çatıb.
Elchi.az xəbər verir ki, Yamaykanın Fövqəladə Halların İdarə Edilməsi İdarəsi oktyabr ayının sonundan bəri ölkəyə təsir edən Melissa qasırğası ilə bağlı açıqlama yayıb.
Rəsmilər qasırğadan ölənlərin sayının 45-ə çatdığını və 15 nəfərin itkin düşdüyünü bildiriblər.
Rəsmilər 28 oktyabrda ölkənin cənub-qərbində baş verən qasırğadan hələ də əlçatmaz ərazilərə vertolyotların ərzaq yardımı etdiyini və ölənlərin sayının artacağı gözlənildiyini bildiriblər.
Rəsmilər həmçinin qasırğa səbəbindən hələ də sığınacaqlarda 1100 nəfərin olduğunu bildiriblər.
Artıq ən təhlükəli 5-ci kateqoriya səviyyəsinə çatan Melissa qasırğası artıq Haiti, Yamayka və Kubaya təsir edib.
Yamayka Baş naziri Endryu Holness fəlakətdə 30-dan çox insanın öldüyünü və zərərin 6 milyard dolları keçdiyini açıqlayıb.
Şayəstə





















