Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Arkadiuş Mularçik bildirib ki, Almaniyanın Polşaya İkinci Dünya Müharibəsi təzminatlarını ödəməkdən imtina etməsi ikili standartların və Polşa xalqına qarşı hörmətsizliyin əlamətidir.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Polşa 1939-1945-ci illər arasında nasist işğalı zamanı Adolf Hitlerin qoşunlarının məhv edilməsinə görə Berlindən 1,37 trilyon dollar təzminat tələb edir.
Almaniya Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, Berlin bu məsələni yenidən müzakirə etmək niyyətində deyil.
Varşava təzminat tələb etməkdə davam edəcək
“Polşanın itkiləri ağlasığmaz idi və almanlar məsələ ilə bağlı hesabatımızı aldılar. Bir cümlə ilə ümumiləşdirilən cavab Polşaya və polyaklara tamamilə hörmətsizlikdir”, – Polşa Mətbuat Agentliyindən bildirilib.
Yeganə