Almaniyanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi Rusiyadan Berlinə qayıdıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik xatırladıb ki, martın ortalarında Almaniya Rusiya diplomatik missiyalarının işçilərinin bir hissəsini tərk edib. Onların fəaliyyətinin diplomatik statusa uyğun gəlmədiyi iddia edilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Berlinin diplomatların kütləvi surətdə çıxarılması üçün növbəti prosedura başladığı barədə məlumat yayıb. Nazirlik Almaniyanın hərəkətlərini pisləyib.
Qeyd olunub ki, Rusiya bu qərara güzgü şəklində cavab verəcək və Almaniyanın ölkədəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının maksimum sayını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Havar Şəfiyeva