Rusiyanın Helsinkidəki səfirliyi bəyan edib ki, Finlandiya ilə ikitərəfli münasibətlər dövlətin NATO-ya daxil olması fonunda praktiki olaraq pozulub. Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
“ Helsinki alyansa qoşulan zaman ölkələrimiz arasında bir vaxtlar sıx və qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın əsası Finlandiya tərəfinin səyləri ilə artıq demək olar ki, tamamilə məhv edilib”, – diplomatik missiya vurğulayıb.
Səfirlik qeyd edib ki, 2022-ci ildə ticarət-iqtisadi münasibətlər minimuma endirilib, çünki Finlandiya hakimiyyəti Rusiya ilə iş aparmağı, o cümlədən Avropa İttifaqının sanksiyalarına qoşulmaqla mümkün qədər çətinləşdirib.
Qeyd edək ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Entoni Blinken ölkənin alyansa rəsmi qəbulu mərasimində iştirak edib. Alyansın digər üzvləri tərəfindən ratifikasiya olunmuş ölkənin qoşulması haqqında protokolları qəbul edib.
Havar Şəfiyeva