Almaniya rus oliqarxlarına qarşı sanksiyaların tətbiqində yavaş irəliləyir

55

“Reuters”in məlumatlarına görə, Almaniya rus oliqarxlarına qarşı sanksiyaların tətbiqində yavaş irəliləyir.

Elchi.az xəbər verir ki, Almaniyanın maliyyə nazirliyi Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra Almaniyanın sanksiyalar altında milyarderlərə məxsus 5,25 milyard avroluq aktivlərini dondurduğunu bildirib.

Yarım il əvvəl bu rəqəm 4,28 milyard avro idi. Bu məlumatı alman deputat Kristian Görke ayıb.

“Dekabrdan bəri oliqarxların cəmi 200 milyon avro, yarım il ərzində isə cəmi bir milyard məbləğində aktivləri dondurulub. Dekabr ayından bu yana bir dənə də olsun oliqarx öz var-dövləti barədə məlumat verməyib”, – Görke bildirib.

Almaniya sanksiyaları qanununa görə, AB sanksiyalarına məruz qalan hədəflər cərimə və ya bir ilə qədər həbs təhlükəsi ilə öz aktivlərini dərhal bəyan etməlidir.

Yeganə