Şimali Koreya ABŞ-ı ittiham edib

54

Şimali Koreya ABŞ-ı beynəlxalq silahlara nəzarət sistemlərini çökdürməkdə günahlandırıb və Pxenyanın nüvə silahlarının Koreya yarımadasında sülh və sabitliyin bərqərar edilməsi üçün ədalətli cavab olduğunu deyib.

Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi dövlət xəbər agentliyi “KCNA”-ya bildirib ki, ABŞ, Cənubi Koreya və Yaponiya təhlükəli xətti keçir və buna dözmək olmaz.

Dünən “Yonhap” agentliyi martın 13-23-də ABŞ və Cənubi Koreyanın kompüter simulyasiyası əsasında Azadlıq Qalxanı birgə komanda-qərargah təlimləri keçirdiklərini bildirib.

Yeganə