Almaniya hökuməti Ukraynaya “Marder” piyada döyüş maşınları vermək imkanını nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Bildirilib ki, Fransa həmçinin Ukraynaya AMX-10 RC təkərli tanklar göndərmək niyyətindədir.
ABŞ da öz növbəsində Kiyevə “Bradley” piyada döyüş maşınlarının verilməsini istisna etmir.