Almaniya-Fransa münasibətləri: Üfüqdə ayrılıq var?

🗓 08.04.2024 14:42 ✍️ "Elçi" qəzeti
Almaniya-Fransa münasibətləri: Üfüqdə ayrılıq var?

Avropa Birliyinin iki mühüm ölkəsi olan Almaniya və Fransanın bəzi hadisələrə reaksiyaları Berlin-Paris xəttində fikir ayrılığının getdikcə artdığını göstərir. Ekspertlər iki ölkə arasında “fərqli pəncərələrdən baxmaq və təkbaşına hərəkət etmək” yanaşmasının siyasi, iqtisadi və siyasi xəta xəttini daha da dərinləşdirə biləcəyi qənaətindədirlər... Elchi.az xəbər verir ki, 1963-cü ilin yanvarında Parisdə imzalanan Almaniya və Fransa arasında dostluq müqaviləsi kimi tanınan Yelisey müqaviləsi iki ölkənin əməkdaşlığının əsası hesab olunur. Bu müqavilə Berlin və Paris arasında uzun illər davam edən mübarizənin bitməsini və onların Avropada ümumi ideallar uğrunda mübarizəsinin başlanğıcını simvollaşdırır. Bəzi mənbələr bu razılaşma ilə Almaniyanın qitə iqtisadiyyatında 1 nömrə olacağı, Fransanın isə hərbi məsələlərdə liderliyini davam etdirəcəyi bir yanaşmanın qəbul edildiyini yazır. Həqiqətən də, yaxın vaxtlara qədər işlər belə gedirdi. Şayəstə Hüseynova

Bənzər yazılar