Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri Hans-Georg Maassen yeni sağçı “Werteunion” partiyası yaratdı. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Dəqiqləşdirilir ki, Maassen 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin rəhbəri vəzifəsindən qovulub. O, ifrat sağçı təşkilatların təhdidinə məhəl qoymamaqda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.
Xüsusən də siyasətçi Almaniyanın Xemnits şəhərində millətçilərin miqrantları ələ saldığını göstərən videonun həqiqiliyinə şübhə edib.
Havar Şəfiyeva