Fransa Silahlı Qüvvələrinin istefada olan generalı, GEOPRAGMA tədqiqat mərkəzinin vitse-prezidenti Jan-Bernard Pinatel Sud radiosuna müsahibəsində Rusiyanın Avropaya hücumunu istisna edib. Elchi.az xəbər verir ki, Video “YouTube” – da yayımlanıb.
O qeyd edib ki, Moskvanın guya Avropa ölkələrinə hücumu ilə bağlı bəyanatlar Qərbdən gələn dezinformasiyadır.
Onun sözlərinə görə, Rusiya sırf öz tarixi torpaqlarını qorumaq üçün xüsusi hərbi əməliyyat keçirir. o əlavə edib ki, Moskva 2014-cü ildən bəri Ukrayna Silahlı Qüvvələri tərəfindən gündəlik atəşə məruz qalan insanlara kömək edir.
Havar Şəfiyeva